Accessibility links

Azərbaycan Qəbələ RLS-lə bağlı məsləhətləşmələrə hazırdır


«Azərbaycan Qəbələ RLS-lə bağlı müzakirələr aparmağa hazırdır. Bu bəyanatı bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov verib. O bundan öncə Rusiya xarici işlər naziri Sergey Lavrovla stansiya ilə bağlı müzakirələr apardığını bildirib. Nazir Azərbaycanın ikitərəfli və üçtərəfli formatda məsləhətləşmələrə hazır olduğunu da bildirib. RLS Azərbaycanın mülkiyyətidir və Azərbaycanın iştirakı olmadan onunla bağlı hər hansı fəaliyyət mümkünsüzdür. Cənab Məmmədyarov Qəbələ RLS-dən müştərək istifadənin İran-Azərbaycan münasibətlərinə mənfi təsir etməyəcəyini düşünür. "Azərbaycan tərəfi Qəbələ RLS-lə bağlı Rusiya prezidentinin bəyanatını çox maraqla qarşılayıb. Ona görə ki, Qəbələ RLS Azərbaycanın mülkiyyətidir və bu mülkiyyətin Rusiyaya istifadəyə verilməsi ilə bağlı sazişə edilən dəyişikliklər Azərbaycan tərəfi ilə müzakirə edilməlidir. Bu barədə isə xarici işlər nazirinin müavini Araz Əzimov «Amerikanın səsi» radiosuna bildirib. Nazir müavininin dediyinə görə, indiyədək ABŞ tərəfi Azərbaycanla stansiyadan birgə istifadə barədə məsləhətləşmələr aparmayıb. O, Qəbələ RLS-in informasiyalarının mülkiyyətçiliyi ilə bağlı sualın cavabında bildirib ki, bu informasiyalardan birgə istifadə məsələsinə də baxa bilər. Nazir müavini stansiyanın məlumatı alıb Moskvada yerləşən raket hücumundan müdafiə sisteminə verdiyini və oradan raket hücumunun qarşısının alınması üçün tədbirlər görüldüyünü deyib. RLS 1985-ci ildə qurulub və keçmiş SSRİ ilə ABŞ arasındakı sazişə uyğun olaraq keçmiş SSRİ-nin cənub cinahını ballastik raket hücumundan qoruyur. Qəbələ RLS-in Rusiya və ABŞ-ın birgə istifadəsinə verilməsini müxalifətdə olan siyasi partiyalar da dəstəkləyir. «Bu həm də Azərbaycana qarşı gözlənilən təhlükələri aradan qaldıracaq». «Müsavat» partiyasının başqanı İsa Qəmbər belə düşünür. Onun firkincə, ideyanın reallaşacağı xeyli sual altındadır, çünki ABŞ-ın Polşa və Çexiyada raket əleyhinə qurğular yerləşdirməyəcəyi real görünmür. «Müsavat» başqanı həm də Azərbaycana ABŞ mütəxəsislərinin gəlməsini ölkənin NATO-ya doğru addımı kimi də xarakterizə edir. Politoloq Rasim Musabəyov hesab edir ki, ekspertlər ilk öncə stansiyaya baxış keçirməli və oradakı avadanlıqları yenişədirməlidir. Çünki aparatlar çox qocadır və qərb sistemi ilə eynilik təşkil etmir. Politoloqun fikrincə, stansiyadan müştərək istifadə heç də Azərbaycan üçün yeni təhlükələr yaratmayacaq. Çünki indiyədək də regionda izləmələr həyata keçirilirdi.
XS
SM
MD
LG