Accessibility links

Azərbaycanda milli mətbuat günü qeyd edilir


133 il öncə Azərbaycanın ilk mətbuat orqanı "Əkinçi" qəzeti nəşr olunub. Bundan başlanan Azərbaycan mətbuatı keşməkeşli tarixin dövranlarında "Molla Nəsrəddin" , "İrşad", "Həyat", "Tərcüman", "Kaspi", "Azərbaycan", "Kommunist" kimi nəşrlərlə yadda qalıb. Ölkə 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra isə ilk müstəqil mətbuat qaranquşu "Azadlıq" qəzeti olub. İndi Azərbaycanda minlərlə nəşrlər fəaliyyət göstərir.

Azərbaycanda mətbuata azadlığı élan edilsə də media indi də çoxsaylı problemlərin burulğanındadır. Belə ki, ölkənin üç tanınmış jurnalisri,- "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, qəzetin Satirik yazarı Mirzə Sakit və "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayev,- həbsdədir. İlk öncə Qənimət Zahidin, Mirzə Sakitin həyat yoldaşları və Eynulla Fətulayevin atasının mətbuat günündə arzularını dinləyək.

Öz növbəsində, Mətbuat Şurasının sədri Əflatun Amaşov son dövrlər çap mətbuatı sahəsində inkişafın olduğunu deyir. Onun fikrincə, ölkədə senzura yoxdur və çap mətbuatı nəşr etmək çox asandır. Cənab Amaşov həm də bu il həbsdə olan jurnalistlərin ötən ilkindən az olduğunu bildirib. Ancaq Mətbuat Şurası bütün jurnalistlərin həbsdən azad olunması üçün son anadək çalışacaq.

Mətbuat Şurasının sədri həmçinin Elmar Hüseynovun qətlinin üçtünün açılmasını da vacib sayır.

Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev son dövrlər söz və mətbuat azadlığı sahəsində geriləmələrin olduğunu deyir. Onun fikrincə, bütün bunlar planlı və düşünülmüş şəkildə siyasi vasitə kimi həyata keçirilir.

Azərbaycanda mətbuatın durumu ilə bağlı tanınmış beynəlxalq təşkilatlar və ABŞ Dövlət Departamenti də vaxtaşırı tənqidi bəyanatlarla çıxış edir. Bu gün isə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi mətbuat işçilərini təbrik edib. O jurnalistlərlə söhbətində yenə də həbsdə olan jurnalistlərin azad edilməsini vacib hesab etdiyini bəyan edib.

XS
SM
MD
LG