Accessibility links

Azərbaycan həbsxanalarında vərəmə qarşı on ildir mübarizə aparılır


Azərbaycan Ədliyyə Nazirliyi və BQXK-nin Bakı ofisi Azərbaycan həbsxanalarında vərəmlə mübarizə proqramı üzrə əməkdaşlığın 10 illiyi münasibətilə tədbir keçirib. Tədbirdə Azərbaycan Ədliyyə naziri,Baş Prokuor, ABŞ-ın, Türkiyənin Azərbaycandakı səfirləri, ATƏT-in Bakı ofisinin rəhbəri, hüquq müdafiəçiləri iştirak edib. İlk öncə iştirakçılar 3 saylı cəzaçəkmə müəssisəsində yaradılmsış - vərəmli məhbuslar üçün xüsusi müəssisəyə baş çəkib. Müəssisənin rəisi Nizami Quliyev bildirib ki, hazırda burada 920 vərəmli məhbus saxlanılır və onlardan 500-ü müalicə kursu keçir. Cənab Quliyevin sözlərinə görə, məhbusların vərəmə tutulmasının əsas səbəbi sosial vəziyyətdir. BQXK-nin nümayəndəsi Zümrüd Hətəmova bildirib ki, vərəmli xəstələrin müalicəsi əsəasən 8 ay davam edir və sonra dispanser qeydiyyatına götürülür. Vaxtaşırı müalicə kursu təyin edilir və laborotor analizi aparılır. Xanım Həsənova hesab edir ki, xəstəliyə tutlmanıün əsas səbəbi həbsxanalarda məişət şəraiti ilə bağlıdır. Məhbuslar da xəstəliyə tutlamlarının səbəbi kimi psixoloji amillərlə yanaşı, məişət şəraitinin ağırlığını göstərir. Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, 2000-ci ildə qəbul olunmuş vərəmlə mübarizə haqqında qanun BQXK-nin layihəsinin cəzaçəkmə yerlərində reallaşmasına imkan verib. Ədliyyə nazirinin sözlərinə görə, Azərbaycanın Sovet dövründən qalmış cəzaçəkmə müəssisələrəi müasir standartdara cavab vermir və artıq penitensiar sistemdə islahat proqramı həyata keçirilməkdədir. Nazir bildirib ku, 2006-cı ildən başlayaraq vərəmə qarşı daha mütərrəqi proqram həyata keçiriləcək. BQXK-nin Azərbaycan nümayəndəliyinin başçısı Meri Vernts isə deyib ki, vərəm Azərbaycanda əsas səhiyyə problemi kimi müəyyən edilib. «Azərbaycanda bu xəstəlik tam nəzarət altına alınmayıb. Buna baxmayaraq, bu gün azadlıqdan məhru edilmişlər yüksək səviyyədə müasir diaqnostikadan və vərəmin müalicəsindən pulsuz istifadə etmək imkanına malikdir. Ölüm halları da 14 faizdən 3 faizədək düşüb. 2006-cı ildə ÇDM-vərəmli xəstələrin müalicəsinə başlanacaq. Bu işin müvəffəqiyyəti xəstəlikdən əziyyət çəkən mülki əhalinin də müalicəsi üçün imkan yaradacaq»
XS
SM
MD
LG