Accessibility links

Azərbaycanda quş qripi təhlükəsi ilə bağlı kənd təsərrüfatı naziri İsmət Abbasovla müsahibə


Azərbaycanda quş qripi ilə bağlı aparılan monitorinqlərdə və laborator müayinələrində iştirak etmək üçün ABŞ-dan 11 ekspert gəlib. Bu barədə kənd təssərüfatı naziri İsmət Abbasov bildirib. Onun sözlərinə görə, ekspertlər kənd təsərrüfatı naziri ilə görüşdə quş qripi təhlükəsinə qarşı ölkədə aparılan işlərlə maraqlanıb. "ABŞ mütəxəsisləri həmçinin Azərbaycanın regionlarında quş qripi ilə bağlı keçiriləcək monitorinqlərdə və laborator müayinələrində iştirak edəcək" -deyə o bildirib. ABŞ-ın hökumətinin nümayəndə heyətinin üzvü, USAID-in müşaviri Denis Kerl bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycanda quş qripi ilə mübarizənin təşkili üzrə profilaktik tədbirləri yüksək qiymətə layiqdir. «Azərbaycanın kommersiya quşçuluq təsərrüfatları yüksək təhlükəsizlik qaydalarına riayət edir. Ona görə də o, heç nədən qorxmayaraq onların məhsullarından istifadə etməyi tövsiyyə edirik. Bununla belə, ABŞ quş qripi ilə mübarizənin təşkili üçün Azərbaycana lazımi yardımı köstərməyə hazırdır. Bu məqsədlə texniki yardımın göstərilməsi üçün problemlərin müəyyən edilməsi üzrə missiya yaxın zamanlarda Azərbaycana gələcək». Missiyanın rəhbəri, ABŞ Dövlət Departamentinin nümayəndəsi Anna Dersi deyib ki, Azərbaycanda quş qripi ilə mübarizə üçün hökumət strukturlarının səylərinin koordinasiyası üzrə xüsusi hökumət komissiyası yaradılıb. «Bu, bizim ölkələrimiz üçün də nümunə ola bilər
XS
SM
MD
LG