Accessibility links

Bakıda ekoloji vəziyyət 10-15 ilə sağlamlaşa bilər



Milli Ekoloji Proqnozlaşma Mərkəzinin rəhbəri Telman Zeynalov Bakı şəhərində ekoloji vəziyyətin sağlaşmasına 10-15 il qaldığını deyir. Onun fikrincə, Bakıda tikinti işlər başa çatmadan ekoloji vəziyyətin sağlamlaşacağına ümid etmək çətindir. “Paytaxtın əsas hissələrində isə tikinti və təmir-bərpa işləri 10-156 ilə başa çata bilər”.
Ekspert eyni zamanda, ekoloji tarazlığın bərpası üçün çoxsaylı dövlət proqramlarının həyata keçirildiyini bildirir. “Hazırda neftlə çirklənmiş torpaqların təmizlənməsi, kanalizasiya sularının təmizlənməsi, yaşıllıqların salınması ilə bağlı proqramlar sürətlə həyata keçirilir”.
Cənab Zeynalov Bakı şəhərində radiasiya fonunun yüksək olaraq qalacağını düşünür. “Nə qədər ki, neft çıxarılması davam edir və yarım səhra vəziyyəti qalır radiasiya fonu yüksək olaraq qalacaq”.


XS
SM
MD
LG