Accessibility links

Azərbaycanda referendumla bağlı təşviqat kampaniyası başlayır


Bu gün Mərkəzi Seçki Komissiyası İctimai televiziya və radioda 18 mart referendumu ilə bağlı pulsuz təşviqat aparılması üçün həftədə 3 saat efir vaxtı ayırıb. Göstərilən vaxtın yarısı radioda, yarısı isə TV-də verilir. Vaxt MSK-da qeydiyyata alınmış 9 təşviqat qrupu arasında bərabər bölünəcək.
MSK-nın sədri Məzahir Pənahov bildirib ki, pulsuz efir vaxtı həftədə bir dəfə olacaq və dəyirmi masa formatında keçiriləcək. “Dəyirmi masanın hər biri Konstitusiyayatəklif edilən düzəlişlərin müzakirəsinə həsr ediləcək. Mövzular dövlətin əsasları, vətəndaşların hüquq və azadlıqları, qanunverici və icra hakimiyyətləri, məhkəmə və bələdiyyələrlə bağlıdır.”
MSK üzvləri Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi partiyası) və Akif Qurbanov (Ümid partiyası) bildirib ki, təmsil etdikləri təşviqat qrupları dəyirmi masaların qrafiki ilə razı deyil. Buna baxmayaraq MSK səs çoxluğu ilə qərarı qəbul edib.

MSK sədri həmçinin deyib ki, hər bir təşviqat qrupuna təşviqat kampaniyası üçün 23 min manatdan artıq vəsait ayrılacaq.
MSK-nin qərarı “Respublikaçılar” referendum üzrə təşviqat qrupu tərəfindən də narazılıqla qarşılanıb.

“Respublikaçılar”ın bəyanatında deyilir ki, az efir vaxtı ayrılması faktı rəsmi Bakının beynəlxalq qurumlar qarşısında azad və demokratik seçkilər keçirmək öhdəliyindən qaçmasının təsdiqi, referendumun azad, şəffaf, ədalətli və demokratik olacağının şübhə altına alınmasıdır.


XS
SM
MD
LG