Accessibility links

ADP sədri Rəsul Quliyev Azərbaycana qayıdır


ABŞ-da mühacirətdə olan Azərbaycan Demorkat partiyasının sədri Rəsul Quliyev bu il oktyabrın 15-dək Azərbaycavna dövnəcəyini bəyan edib. O bu gün telefonla jurnalistlərin çoxsaylı suallarına cavabında bunu bəyan edib. Cənab Quliyev hətta ölkəyə qayıtmasına cəmi bir neçə gün qaldığını da diqqətə çatdırıb. ADP sədri ona qarşı qaldılıan cinayət işini siyasi və yalan adlandırıb. O iqtidarı demokratik seçkilərə keçirməyə çağırıb. Rəsul Quliyev ölkəyə qayıdarkən həbs olunacağını da istisna etməyib. «Mənim həbsim ölkədə qeyri-sabitliyə səbəb olacaq. Bu isə iqtidara sərf etmir. Hakimiyyəti yaxşı-yaxşı düşünməyə çağığıram»-deyə o qeyd edib. ADP sədri bu günlərdə Türkiyə peykində yayımlanacaq «Azadlıq» televiziyasını maliyyələşdirməsi ilə bağlı xəbərləri isə təkzib edib. Rəsul Quliyev 1996-cı ilin sentyabrında Milli Məclisin sədri vəziyəsindən istefa verib. Bir müddət sonra ABŞ-a mühacirət edib. Mühacirət etdikdən sonra Azərbaycan iqtidarını tənqid edən «Demokrtiyaya gedən yol», «Diktatorla üz-üzə» və «Mübarizəmizin məqsədi» adlı üç kitab yazıb. Birinci kitab işıq üzü görəndən sonra, 1998-ci ildə cənab Quliyevə qarşı külli miqdarda dövlət əmlakının talanması maddəsi ilə ginayət işi qaldırılıb və o Sovetlər Birliyi dövründə 120 milyon dollar məbləğində dövlət əmlakını talamaqda günahlandırılıb, barəsində həbsli axtarış elan edilib.
XS
SM
MD
LG