Accessibility links

ABŞ və Azərbaycan prezidentləri əməkdaşlığın bütün parametrlərini müzakirə edəcək


ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bu gün vida mətbuat konfransı keçirib. O bunqdan sonra Dövlət katibinin yardımçısı vəzifəsində çalışacaq. Cənab Harniş Azərbaycandan mənunluqla ayrıldığını deyib. "Azərbaycanda çalışdığım üç il müddətində Bakı və Vaşinqton arasında münasibətlər daim inkişaf edib. Bu münasibətlər terrorizmlə mübarizə, demokratiya və enerji məsələləri sahəsində əməkdaşlıq üzərində qurulub». Səfir Azərbaycan prezidentinin ABŞ-a qarşıdakı səfərinin "çox zəngin" və "faydalı görüşlər"lə yadda qalacağını bildirib. «İki ölkə başçısı ikitərəfli əməkdaşlığın bütün parametrləri və onların perspektivlərinə dair "geniş" müzakirələr aparacaq. Əsas prioritetlər demokratikləşmə, təhlükəsizlik, siyasi və iqtisadi islahatlar olacaq». İran mövzusuna gəlincə, bu ölkə özü özünü dünya ictimaiyyətindən təcrid edir"-deyə səfir qeyd edib. «İran rəhbərliyinin son bəyanatları bütün dünyanı şoka salıb. Bununla belə, Vaşinqton İran məsələsinin diplomatik yoll həllinə tərəfdardır». "Bakı Tehranla Vaşinqton arasında vasitəçi rolunu oynaya bilərmi" sualını isə cənab Harniş belə cavablandırıb.«Bu problem ayrı-ayrı dövlətlərin səyi ilə deyil, beynəlxalq ictimaiyyətin təzyiqi ilə həllini tapa bilər. Artıq benyəlxalq ictimaiyytəin təzyiqi ilə İranın artan həyəcanı görünməkdədir». Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsinə toxunan səfir deyib ki, cəbhə xəttində vəziyyətin kəskinləşməsi ABŞ-da narahatlıq doğurur və Amerika tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırır. "Danışıqlar artıq iki ildir davam edir. Tərfəlrə münaqişənin ədalətli və uzunmüddətli həlli ilə bağlı müqavilənin əsas prinsiplərində nəzərə çarpacaq irəliləyiş əldə edib. ABŞ qalmaqda olan fikir ayrılığının aradan qaldırılması üçün səyini əsirgəməyəcək. Azərbaycan prezidentinin Vaşinqton səfərinin məqsədi də münaqişənin yeniləşən nizamlanmasında sədaqətin nümunəsi olacaq. Mən heç zaman bu münaqişəni dondurulmuş hesab etməmişəm. Bu münaqişə bütün Qafqaz regionunu məhv edə bilər. Odur ki, ABŞ höuməti münaqişənin hərbi yoll hər hansı həllinin əleyhinədir", Səfir Xəzərin hüquqi statusu məsələsinə toxunub. O qeyd edib ki, bu problem həllini tapmalıdır və Türkmənistan öz qazını Qərbə nəql etmək niyyətindədirsə, ABŞ bu ölkə ilə danışıqlar aparmağa hazırdır. "Əsas məsələ Xəzərdə delimitasiyadır. Biz Rusiya, Azərbaycan və Qazaxıstan arasında Xəzərin bölünməsinə dair üçtərəfli sazişi alqışlayırıq və analoji beştərəfli sazişi də alqışlayardıq"-deyə o vurğulayıb.
XS
SM
MD
LG