Accessibility links

Azərbaycan əhalisi məxmərək və qızılcaya qarşı peyvənd olunur


Azərbaycanda əhalinin məxmərək və qızılcaya qarşı peyvənd olunması kampaniyası başlayıb. Kampaniyanı "Vişnevskaya- Rostropoviç" Fondu, ABŞ Beynəlxalq İnkişaf Agentilyi, YUNİSEF, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Səhiyyə Nazirliyi həyata keçirir. Bu gün prezident İlham Əliyev və "Vişnevskaya-Rostropoviç" Fondunun rəhbəri Mstislav Rostropoviç 1 saylı uşaq evində vaksinasiya mərasimində iştirak edib. Cənab Rostropoviçin sözlərinə görə, martın 12-dək davam edəcək kampaniya 3 yaşından 29 yaşınadək olan 3 milyon adamın peyvənd olunmasını nəzərdə tutur. Vaksinasiya üçün ABŞ 3 milyon 100 min dollar vəsait ayırıb. Prezident İlham Əliyev vaksinasiya kampaniyasının keçirilməsini yüksək qiymətləndirib. "Uşaqların xəstələnməməsinə yardımçı olmaqdan xeyirxah iş yoxdur"- deyə o bildirib.
XS
SM
MD
LG