Accessibility links

Azərbaycan və NATO soyuq müharibə dövründən qalmış sursatları zərərsizləşdirir


Soyuq müharibə nətijəsində Azərbaycanın Ağstafa raoynunun Saloğlu kəndində atılıb qalmış on minlərlə sursatın təhlükəsində minlərlə insan yaşayır. Onlar yoxsulluq ujbatından sursatın tərkibinidə olan misi toplayıb sata da bilir. Tale harada bəxtinə ölüm qismət etməsindən belə çəkinmir. Ərazidən hər gün neftlə dolu onlarla qatar da keçir. Saloğlu kəndi yaxınlığında yerləşən sursat anbarı keçmiş SSRİ Silahlı Qüvvələrinin ən böyük sursat anbarından biri hesab olunur. 1991-ji ildə sursat anbarının partlaması nətijəsində 40 milyon kvadrat metrdən artıq ərazi partlayıjı maddələr və sursatla çirklənib. İndiyədək ərazidə 148 dəfə sursat partlayıb, 80 nəfər yaralanıb, 31 nəfər həlak olub. Saloğluda sonuncu partlayış isə bu il oktyabrın 21-də baş verib. Nəticədə 3 nəfər həlak olub, iyirmi nəfər yaralanıb. Azərbaycan hökumətinin göstərişilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik -ANAMA daxili imkanları hesabına indiyədək burada 1,1 milyon kvadrat metr ərazini təmizləyib və mindən artıq sursat yığıb.Bu gün isə ANAMA NATO baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsun iştirakı ilə Saloğlu layihəsinin təqdimat mərasimini keçirib. Baş nazirin müavini Abid Şərifov bildirib ki, ilkin addım kimi Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyilə NATO-nun Maddi-Texniki Təchizat və Yardım Təşkilatı tərəfindən layihənin texniki qiymətləndirilməsi aparılıb və bu laiyhə ilə ərazinin bütövlükdə bərpası mümkün deyil. ANAMA-nın direktoru Nazim İsmayılov layihənin ümumi dəyərinin 1.047.649 avro təşkil etdiyini bildirib. Onun dediyinə görə, bir ay müddətində treyninqlər keçiriləjək, texniki avadanlıq əraziyə aparılajaq və işlərə başlanjaq. Cənab İsmayılov layihə başa çatdıqdan sonra ərazidəki sursatların təmizlənməsi üçün daha üç il tələb olunduğunu da bildirib. Türkiyənin Azərbaycandakı səfiri Turan Moralının fikrinjə, layihə NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramının dünya və Cənubi Qafqaz regionunda nümayişidir. "Bu, Azərbaycanın NATO ilə əməkdaşlığının insanların həyatına təsirinin göstərijisidir. Saloğlu laiyhəsi soyuq müharibənin yaratdığı problemlərin həlli istiqamətində atılan addımdır. Türkiyə hesab edir ki, soyuq müharibənin miras qoyduğu ərazi təmizləndikdən sonra burada uşuqlara sevinj gətirəjək park salınmalıdır». NATO baş katibinin Cənubi Qafqaz və və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simons hesab edir ki, NATO-nun keçmiş SSRİ və Varşava müqaviləsi ölkələrində iş aparması çox vajibdir. "NATO soyuq müharibədən qalmış problemlərin həllinə çalışır. Bu istiqamətdə Saloğlu laiyhəsi böyük töhfədir». NATO-nun Maddi Texniki Təchizat və Yardım təşkilatının meneceri Stik Braun isə Saloğlu layihəsini unikal adlandırıb. "Bu, təşkilatımızın həyata keçirdiyi ən böyük layihədir". Eyni zamanda, Baş nazirin müavini Abid Şərifov curnalistlərə bildirib ki, bu ilin sonunadək NATO ilə Azərbaycan Soyuq müharibənin Azərbaycanda miras qoyduğu daha bir böyük problemin aradan qaldırılmasına başlayajaq. Onun sözlərinə görə, NATO-nun elm komitəsi Azərbaycan hökumətilə birgə Ələt və Mingəçevir yaxınlığındakı çənlərdə saxlanan 2 min tondan çox raket yanacağını mülki məqsədlərələ təkrar emal edəcək.
XS
SM
MD
LG