Accessibility links

Məhkəmə Bakıda Seçki Monitorinq Mərkəzinin qeydiyyatını dayandırıb


Bakının Xətai rayon məhkəməsində hakim Tofiq Paşayev Ədliyyə Nazirliyinin Seçki Monitorinq Mərkəzinin qeydiyyatının etibarsız sayılması barədə iddiasının təmin edilməsi və dərhal icraya yönəlməsi ilə bağlı qərar çıxarıb. Seçki Monitorinq Mərkəzi ATƏT-in dəstəyi ilə fəaliyyət göstərirdi və bu ilin martında Ədliyyə nazirliyində qeydiyyatdan keçib. Mərkəz seçkiləri müşahidə üzrə beynəlxalq təcrübəyə malikdir, ATƏT ölkələrinin seçki monitorinq təşkilatlarının forumunun üzvüdür. Mərkəzin qeydiyyatdan keçməsini ABŞ-ın Azərbaycandakı səfiri və ATƏT alqışlamış və demokratik seçki yolunda müsbət addım kimi qiymətləndirmişdi. Seçkilərin Monitorinq Mərkəzinin icraçı direktoru Anar Məmmədli təşkilatın qeydiyyatının ləğvi ilə bağlı məhkəmə qərarını siyasi sifariş adlandırıb. O prezident seçkiləri ərəfəsində ölkənin ən təcrübəli və bitərəf seçki müşahidə qurumunun qeydiyyatının ləğvini hakimiyyətin azad və ədalətli seçkilər keçirmək istəyini şübhə altına aldığını deyib.
XS
SM
MD
LG