Accessibility links

Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müzakirə keçirilir


Azərbayanda seçki məcəlləsinin təkmilləşdirilməsilə bağlı müzakirələr başlayıb. Tədbiri Mərkəzi Seçki Komissiyası, Avropa Şurasının Venesiya Komissiyası, ABŞ-ın IFES (Seçki Sistemlərinin Beynəlxalq Fondu) təşkil edib. Aparıcı müxalifət partiyaları forumda iştirakdan imtina edib. MSK sədri Məzahir Pənahov müzakirələrin nəticəsi olaraq seçki məcəlləsinin təkmilləşdirilməsi haqda yekun sənədinin hazırlanacağını bildirib. Forumun birinci günü seçkilərin gedişində pozuntular barədə şikayətlərin baxılması məsələsinə həsr edilib. Venesiya Komissiyasının təmsilçisi Sergey Kuznetsov seçkilərin təkcə texniki proses yox, həm də siyasi kampaniya olduğunu deyib. «Məhz bu səbəbədən Avropa Şurasına çoxsaylı suallar, sorğular, təkliflər daxil olub. Biz inanırıq ki, seçki qanunvericiliyinin beynəlxalq normalara uyğunlaşdırılması üçün dəyişikliklər aparılacaq. Bunun üçün çoxsaylı siyasi partiya və qeyri-hbkumət təşkilatlarının iştirakı ilə geniş müzakirələr tələb olunur». IFES-in Azərbaycan üzrə direktoru Daniel Blesinqton şikayətlərə baxılmasını seçkilərin gedişində yaranan mübahisələrin tənzimlənməsi prosesinin tərkib hissəsi adlandırıb. «Şikayətlərə ədalətli və şəffaf şəraitdə baxılması vətəndaşların azad iradə ifadə etməsi kimi siyasi hüquqlarının gerçəkləşməsində mühüm əhəmiyyət kəsb edir. Şikayətlərə baxmağın məhkəmələr, seçki orqanları və habelə ixtisaslaşmış seçki məhkəmələri kimi müxətlif modelləri var». ATƏT-in Bakı ofisinin rəhbəri Xose-Luis Herrero bildirib ki, 2008-ci ilin prezident seçkiləri Azərabaycanın doğrudanmı, demokratiya yolu ilə getməsini göstərəcək. "Ədalətli siyasi rəqabət, sərbəst toplaşmaq azadlığı, bütün namizədlərin mətbuata azad və bərabər çıxış imkanları, vətəndaşların azad iradə ifadə etməsi və seçici səslərinin sayılmasının təmin olunması demokratik seçkilərin şərtləridir"- deyə o qeyd edib. ATƏT təmsilçisi dəyirmi masanın növbəti iclaslarında iştirakçıların sayının çox olacağına ümid etdiyini söyləyib. Noyabrın 9-da dəyirmi masada seçki komissiyalarının tərkibi məsələsi müzakirə ediləcək. Ancaq bir qədər öncə, Demokrat, Liberal, Xalq Cəbhəsi və Müsavat partiyaları dəyirmi masaya qatılmayacaqları barədə bəyanat veribr. Bəyanatda tədbirin IFES tərəfindən təşkili təşəbbüsünün ciddiliyi və səmərəliliyi şübhə altına alınır. Bundan əlavə, müzakirələrdə "müxalifət" adı altında çoxsaylı partiyaların iştirakı diskussiyaların səmərəliliyini aşağı salır. AXCP sədri Əli Kərimli hesab edir ki, müxalifət ATƏT-in də qəbul etdiyi, seçkilərdə partiya kimi iştirak edib və bir faizdən çox səs toplayan təşkilatlar hesab edilməlidir. Bunu isə hökumət qəbul etmir. O müzakirə formatının dəyişdirildiyi, etmad etdikləri ATƏT və Venesiya komissiyasının təşəbbüsü ilə keçiriləcək tədbirlərə qatılacaqlarını bəyan edib. YAP icra katibiniin müavini Səyavuş Novruzov isə müzakirələrdə iştirak etməyən partiyaları «potensiallarının olmaması» ilə izah edib. Onun sözlərinə görə, seçkidə qalib gəlmək üçün seçki komssiyalarında deyil, seçicilər arasında güclü olmaq lazımdır.
XS
SM
MD
LG