Accessibility links

ABŞ səfiri Azərbaycan əlyazmaları ilə tanış olub


ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda bu qurumun direktoru Məmməd Adilov və MEA-nın Şərqşünaslıq instiutunun direktoru Gövhər Baxşəliyeva ilə görüşüb, əlyazmalarla tanış olub. Məmməd Adilov bildirib ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 1950-ci ildə yaradılıb. Onun sözlərinə görə, hazırda institutda 12.000 əlyazma saxlanılır və bunların əksəriyyəti topludur."Əlyazmaların ən qədimi 9-cu əsrə aiddir. Əlyazma toplularda 50.000-dən çox əsər qorunur. Əsərlər türk, ərəb və fars dillərindədir. İnstitutda şərq xalqlarının demək olar ki, hamısına məxsus əlyazmalar var". Direktor həmçinin istitutda 19-cu əsr Azərbaycan ziyalılarının arxivlərinin saxlandığını da deyib. "19-cu əsrin ikinci yarısında yaşamış Azərbaycanın 32 Avropa təmayüllü ziyalısının şəxsi arxivlərindəki 20.000-dən çox material da institutda qorunur". Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva isə bildirib ki, başçılıq etdiyi elmi müəssisədə şərq xalqlarının dilini, ədəbiyyatını, elmini, mədəniyyətini və ictimai vəziyyətini öyrənən 9 şöbə fəaliyyət göstərir. Xanım Baxşəliyeva Şərqşünaslıq instiutunda İranla bağlı çoxsaylı tədqiqat əsərlərinin olduğunqu du diqqətə çatdırıb. «İnstitutda digər şərq xalqları ilə yanaşı, İran tarixini, iqtisadiyyatını, ədəbiyyatını, dilini və ictimai proseslərini öyrənən şöbə, Cənubi Azərbaycanı öyrənən qrup var". ABŞ səfiri Enn Ders Əlyazmalar İnstitutunda saxlanan resursların tədqiqitatlar üçün çox vacib olduğunu deyib. O ABŞ tədqiqitatçılarına institutdakı əlyazmalarla bağlı məlumatlar çatdıracağını bildirib. «Bu fond çox maraqlıdır. Azərbaycanın tarixi ilə bağlı çoxlu məlumatlar cəmləşib. Quranın çox nadir nümunələrinə müqəddəs Ramazan ayında burada baxmaq mənim üçün bir şərəfdir. Nizami, Füzuli, Natəvanın əlyazmalırana baxmaq da çox maraqlı idi. Əlyazmalar institutu ilə ABŞ-dakı institutlar arasında əlaqələrin inkişafı üçün çalışacam». Xanım Dersi sabah ABŞ Konqresində erməni soyqırımı ilə bağlı keçiriələcək dinləmələrlə bağlı ABŞ hökumətinin mövqeyini də bildirib. O jurnalistlərlə söhbətində ABŞ rəhbərliyinin 1915-ci ildə Osmanlı Türkiyəsində "erməni soyqırımı"nın tanınmasının əleyhinə olduğunu deyib . «ABŞ adminstrasiyası bunun əleyhinəldir. Amerika dövlət katibi və 8 sabiq dövlət katibi "soyqırımın" tanınması təşəbbüsünün əleyhinə çıxış edib. Konqres müstəqil bir qurumdur. Ancaq Konqresin hansı qərar qəbul edəcəyindən asılı olmayaraq, ABŞ-ın xarici siyasəti dəyişməyəcək»-deyə o qeyd edib.
XS
SM
MD
LG