Accessibility links

Enn Ders: «Jurnalistlər öz fikirlərini ifadə etdiklərinə görə həbsxanada olmalı deyillər»


Hazırda Qəbələ RLS-lə bağlı toplanmış məlumatalırın Vaşinqtonda qiymətləndirilməsi aparılır və qiymətləndirilməninin nəticələri üçün müəyyən vaxt lazımdır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders «Amerikanın səsi» radiosunun sualının cavabında bildirib. «Ötən həftə nümayəndə heyətinin ekspertlər səviyyəsində Qəbələ RLS-ə səfəri nə danışıqlar, nə də məsləhətləşmələr aparmaq məqsədi daşımırdı. Hesab edirik ki, bu işçi səviyyəsində çox uğurlu səfər idi». Səfir son günlər Naxçıvanda jurnalistin həbsi və ümumiyyətlə KİV-ə qarşı təzyiqlərlə bağlı da münasibət bildirib. «Media azadlığına və jurnalistlərin durumuna aid ABŞ-ın mövqeyi çox sadə və açıqdır. Jurnalistlər öz fikirlərini ifadə etdiklərinə görə həbsxanada olmalı deyillər. Avropa İnsan Huquqları Konvensiyasına əsasən, böhtanla bağlı maddə Cinayət Məcəlləsindən çıxarılmalıdır. Daha təfərrüatı ilə desək, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq, bu sahədə üzərinə öhdəliklər götürüb. Bu isə həm də Azərbaycanda müasir formada demokratiyanın inkişafı üçün təkan verən bir amil ola bilər". Xanım Dersi hesab edir ki, həm icmalar, həm vətəndaş cəmiyyəti, həm də Azərbaycan hakimiyyəti jurnalistlərlə başqa tərəflər arasında yaranan münaqişəli məqamların çözülməsi sahəsində işləyən mexanizm yaradılması istiqamətində birgə işləməlidir. "Sadəcə olaraq, həmin mexanizm çərçivəsində fəaliyyət göstərərək hər bir şəxs başa düşməlidir ki, istənilən halda hər hansı mübahisəli məqam yarananda bilavasitə məhkəməyə müraciət edilməli deyil. Yəni bu vasitə ilə jurnalistlər həbs edilməli deyil". Onun fikrincə, başqa bir vacib amil isə bütün jurnalistlərin obyektiv, peşəkarlıq və müstəqilliyin ən yüksək standartlarına əməl edərək fəaliyyət gömtərməsidir. "Sadəcə media nümayəndəsi heç bir vaxt fərdin əlində bir vasitəyə çevrilməli deyil"
XS
SM
MD
LG