Accessibility links

Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması faktı  ABŞ-ı narahat edir 


“Azərbaycanda yerli tezliklərdə yayımlanan xarici radiostansiyaların yayımının dayandırılması faktı ABŞ-ı çox təsirli şəkildə narahat və məyus edir”. Bu barədə

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi “Amerikanın səsi” radiosunun sualının cavabında “Amerikanın səsi”, “Azadlıq” və BBC radiolarının yerli tezliklərdə yayımının dayandırılması ilə bağlı rəsmi bəyanatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ Azərbaycanla işləmək istəyini izhar edib və bu niyyət çərçivəsində siyasi islahatların inkişafı sahəsində işləməyi davam etdirmək əzmindədir. “Mövcud olan çox güclü demokratik təsisatların inkişafı məhz bu çərçivəyə daxildir. Bu təsisatlar arasında güclü, peşəkar, obyektiv tərzdə fəaliyyət göstərən media da bir şərt olaraq ortaya çıxır. Düşünürəm ki, danışdığım məsələlər bizim və Azərbaycan hökumətindəki həmkarlarımızın da məqsədləridir”.
O radioların yerli tezliklərdə fəaliyyətini davam etdirməsi məqsədi ilə Azərbaycan hökuməti ilə dialoqu davam etdirəcəyini deyib.

XS
SM
MD
LG