Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabirov hərbi dəniz, hərbi hava qüvvələrinin, hərbi təhsilin və ştat strukturlarının NATO standartlarına uyğunlaşdırıldığını bildirib. Onun sözlərinə görə, Müdafiə nazirliyi NATO-nun «Fərdi tərəfdaşlıq» proqramına uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirir və NATO ilə sıx əməkdaşlıq edir.
O ölkədəki poliqonların da NATO qaydalarına uyğun yeniləşdirildiyini deyib.
Mətbuat xidmətinin rəhbəri orduya ictimai nəzarətin həyata keçirilməsi sahəsində aparılan işlərdən də danışıb.