«Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru Üzeyir Cəfərov dünən gecə qəzetin ofisinin qarşısında iki şəxs tərəfindən fiziki zorakılığa məruz qalıb.
Həmin şəxslər dəmir lomla jurnalistin baş nahiyəsinə zərbələr endirib. O hazırda xəstəxanaya yerləşdirilib və ağrılardan əziyyət çəkir. «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev isə dünən məhkəmənin hökmü ilə böhtan ittihamı ilə iki il yarım müddətə həbs olunub.