Accessibility links

Azərbaycanda soyqırım günü qeyd olunur


Azərbaycanda 31 Mart - Azərbaycanlıların Soyqırımı günü qeyd edilir. Ölkənin elm ocaqlarında anım mərasimləri keçirilib, məscidlərdə qurbanların ruhuna dualar oxunub.

Azərbaycan prezidentinin xalqa müraciətində deyilir ki, XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü və 1988-ci illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası soyqırım tarixinin faciəli və qanlı səhifələridir. ”Nə qədər ağır olsa da, biz soyqırımı faktlarından başqa xalqlara düşmənçilik və nifrət aşılamaq üçün istifadə etmək niyyətində deyilik. Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa olunmasını, dünyanın heç bir yerində belə faciəli hadisələrin təkrarlanmayacağına təminat verilməsini istəyirik”. 31Mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı "Tarix: olduğu kimi" adlı beynəlxalq konfrans da bu gün işini başa çatdırıb. Azərbaycan Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti və "İrəli" Gənclər Təşkilatının təşkil etdiyi beynəlxalq konfransda 2001-2006-cı illərdə ABŞ-ın BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasındakı səfiri Sichan Siv, ABŞ-ın Kolumbiya, John Hopkins, Yaponiyanın Kou Şounin, Türkiyənin Mərmərə, Almaniyanın Şiegen universitetlərinin, eynilə də Portuqaliya, Gürcüstan və Fransadan elm adamları iştirak edib.

XS
SM
MD
LG