Accessibility links

ABŞ Sülh Korpusunun 35 könüllüsü Azərbaycanda fəaliyyətə başlayıb


Bu gün ABŞ Sülh Korpusunun 35 könüllüsü Azərbaycanda fəaliyyətğə başlaması ilə bağlı and içiib. Andiçmə mərasimində Azərbaycan Təhsil naziri Misir Mərdanov və ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş iqtirak edib. Sülh Korpsunun Azərbaycan üzrə ölkə direktoru Zoltan Zigetti bildirib ki, könüllülər iki il Azərbaycanda təlimlər keçəcək. Onların 22 nəfəri ölkənin regionlarnda ingilis dili tədris edəcək, digər 13 nəfəri isə iqtisadi inkişaf üzrə biznes təşkilatlarına məsləhətlər verəcək. Təhsil naziri Misir Mərdanov bundan öncə ölkədə 50 könüllünün işlədiyini diqqətə çatdırıb. «Onlar Azərbaycanda ailələrdə qalır və yerli icmalar tərəfindən çox yaxşı qəbul edilir»-deyə nazir qeyüd edib. ABŞ səfiri Rino Harniş isə könüllülüəri iki ölkə xalqları arasında dostluq münasibətlərini möhkəmləndirən səfirlər adlanıdırıb. «Ümid edirəm ki, Siz ABŞ-ın imicini öz səyləriniz və töhvələriz sahəsində doğruldacaqsınız»-deyə o vurğulayıb. ABŞ səfiri mərasimdən sonra jurnalistlərin suallarına da cavab verib. O Amerikanın Azərbaycanda hakimiyyəti inqilab yolu ilə devirmək barədə ittiahmalarla bağlı sualın cavabında bildirib ki, ABŞ hökumətinin Azərbaycanla çox yaxşı əlaqələri var. «ABŞ Azərbaycanı dəstəkləyir. Biz prezidnet fərmanının yerinə yetirilməsini dəstəkləyir və 6 noyabrda Azərbaycanda azad və ədalətli seçkilər keçirilməsini gözləyirik. ABŞ heç bir namizədi və təşkilaitı ayrıca dəstəkləmir. ABŞ Azərbaycanada demokratiyanı, söz azadlığını və sərbəst toplaşmaq azadlığını dəstəkldəyir. Bizim bütün münasibətlər dövlət katibinin müavini Paulo Dobrynaski və keçmiş dövlət katibi Madlen Olbraytın Azərbaycana səfəri zamanı aydınlaşdırılıb. Mən bilirəm ki, konqresmen Luqar da buraya gələndə yenidən bunları bildirəcək. Biz Azərbaycanda Qafqazda bir demokratiya modeli olmasını isətyirik. Bizim ən böyük marağımız Azərbaycanda demokratiyanın qalib gəlməsidir»-deyə o qeyd edib. ABŞ Azərbaycanda hərbi bazalar yerləşdirmək istəmir. Bu bəyanatı da ABŞ səfiri jurnalitlərlə söhbətində səsləndirib.«Xarici İşlər naziri E.Məmmədyarovla uğurlu danışıqlar aparmışam. Onun ABŞ səfəri zamanı dövlət katibi Kandaliza Raysla, demokratik institutlarla, qeyri hökmət təşqkilatları ilə uğurlu görüşlər keçirib. Görüşlərdə qlobal terrorizm, demokratiyanın inkişafı sahəsində uğurlu danışıqlar aparılıb. ABŞ Azərbaycanı həmişə diqqətdə saxlayüır və uzunmüddətli münasibətlər qurur». Səfir Azərbaycanda iqtidar müxalifət arasmında dialoqun baş tutmamasından təəsüf hissi keçrdiyini də diqqətə çatdırıb.
XS
SM
MD
LG