Milli Məclis Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin artırılmasına razılıq verib. Milli Məclis sədrinin birinci müavinin Ziyafət Əskərovun sözlərinə görə, qərar NATO - nun müraciəti ilə əlaqədar qəbul edilib. «Qərara əsasən Əfqanıstanda Azərbaycan sülhməramlılarının sayı 45 nəfərə çatdırılacaq». Azərbaycan bölüyü Əfqanıstanda 2002 - ci il oktabrın 15 - dən fəaliyyət göstərir.