Accessibility links

Ekspert İrandan Azərbaycana təhlükələrin qaldığını bildirir 


Beynəlxalq Böhran Qrupunun Azərbaycandakı nümayəndəsi Təbib Hüseynov hesab edir ki, İrandan Azərbaycana qarşı təhlükələr mövcuddur.

Bu dini ekstremizmin ixracı, Xəzərin hüquqi statusunun müəyyən edilməməsidir.

Onun fikrincə, İranın radio və televiziyaları da vaxtaşırı Azərbaycanın əleyhinə təbliğat aparır.

Cənab Hüseynov eyni zamanda Azərbaycanın İranla çox ehtiyatlı davrandığını deyir.

“Azərbaycan hökuməti hətta dünya azərbaycanlılarının qurultayına İranda yaşayan azərbaycanlıları dəvət etmir. Bunun müqabilində İranda rəsmi səviyyədə Azərbaycana qarşı siyasətində aktiv əks mövqedə durmur”.

XS
SM
MD
LG