ABŞ Azərbaycandakı səfiri Enn Dersi «Amerikanın səsi» radiosunun suallarına cavab verib. O ABŞ və Azərbaycanın təhlükəsizlik sahəsində ikitərəfli məsləhətləşmələrin yeni tarixini müəyyən etmək barədə qərara gəldiyini bəyan edib.
«Bu çox vacib danışıqlardır və bir çox məsələlərin müzakirəsini əhatə edir. Hər iki tərəfdən bir çox nazirliklərin nümayəndələrinin iştirakı gözlənilir. Odur ki, hazırda bu danışıqların baş tutması tarixini müəyyənləşdirmək mərhələsindəyik.Vacib odur ki, danışıqlar davam etdiriləcək və hazırda bunun üzərində işləyirik. Bu ikitərəfli münasibətlər üçün çox əhəmiyyətli danışıqlardır».
Xanım Dersi Azərbaycanda mətbuat azadlığı sahəsindəki vəziyyətdən narahatdır. Onun fikrincə, azad mətbuat demokratiyada fundamental əhəmiyyətə malikdir və azadlığın qarantıdır. «Demokratik ölkələr azad mətbuatı müdafiə edir. Biz hesab edirik ki, Azərbaycanda böhtanla bağlı maddə cinayət məcəlləsindən çıxarılmalıdır. Eyni zamanda başa düşürük ki, demokratik ölkədə mətbuat böyük qüdrətə maklikdir və bundan irəli gələn böyük məsuliyyət də daşıyır. Mətbuatın yüksək rolunu həyata keirməsi üçün profesionallığın yüksək stanldarlarına cavab verməlidir. Bu qərəzsizlik, obyektivlik və bitərəflikdir. Mən Bakıda ABŞ-Azərbaycan Jurnalistika Akademiyasının açılmasını bəyan etməkdən mənunam. Bu akademiya cavan jurnalistlərin yüksək standartldara uyğun təkmilləşdirilməsinə kömək edəcək. ABŞ böhtanla bağlı maddənin «Cinayət məcəlləsi»ndən çıxarılması barədə çağrışlırarını davam etdirəcək. Biz qəti inanırıq ki, jurnalistlərə qarşı zorakılıq halları, döyülmə, hədə qorxu gəlinmə, təqib olunma və öldürülmə halı ciddi şəkildə təhqiq olunmalıdır. Biz beynəlxalq ictimaiyyətin Azərbaycanda həbsdə olan beş jurnalistlə bağlı keçirdiyi narahatlıq hissini bölüşürük. Ümid edirik ki, vətəndaş cəmiyyəti təşkilatları, mətbuat nümayəndələri, xalq və hökumət birgə işləyərək Azərbaycanda jurnalistikanın çiçəklənməsi, jurnalist stanldartlarının yüksəldilməsi, mətbuat azadlığının təmin edilməsi sahəsində birgə iş görülməsinə nail olacaq. Azərbaycan bölgədə lider olmaq üçün böyük potensiala malikdir. Demokrtik islahatlar sahəsində irəli atılan addımlar potensialının daha reallaşmasına kömək edəcək».