Accessibility links

Azərbaycanda tələbə qəbuluna başlanır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 25-dən ali məktəblərə sənəd qəbuluna başlayacaq. Bu barədə komissiyanın sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, orta, orta ixtisas və peşə məktəbini bu il qurtaran məzunlar sənədlərini iyunun 25-dən iyulun 10-dək təhsil aldıqları tədris müəssisəninin yerləşdiyi rayonun təhsil şöbəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına verə bilər. Xanım Abbaszadə bu il 27 dövlət, 13 özəl ali məktəbə 25.629 tələbə qəbul ediləcəyini deyib. Komissiya sədri bildirib ki, 2006-2007-ci tədris ili üçün 261 adda ixtisasa tələbə qəbulu aparılacaq. Xanım Abbaszadənin dediyinə görə, xarici ölkə vətəndaşları da qəbul imtahanlarında iştirak edə bilər. Komissiya sədri, Gürcüstanda yaşayan azərbaycanlıların Qazax şəhər təhsil şöbəsində, Dağıstanda yaşayan azərbaycanlıların isə Qusar rayon təhsil şöbəsində sənəd verəcəklərini deyib. Xanım Abbaszadə bu il imtahanlarda Amerika mütəxəsislərinin müşahidə aparacağını da diqqətə çatdırıb. Onun sözlərinə görə, mütəxəssislər artıq komissiyanın elmi araşdırmalarını, testlərin yazılmasını, tərtibini və münasibliyini audit edib. O özəl ali məktəblərdə hüquqşünas və tibb fakultələrinin ləğvini dəstəkləyir. Komissiya sədri hesab edir ki, özəl ali məktəblərdə bu ixtisaslar üçün tədris bazası zəifdir. Xanım Abbaszadə son zamanlar Müstəqil Azərbaycan Universitetinə testdən kənar qanusnuz tələbə qəbu lu ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə. ötən il Dövlət Komissiyası tərəfindən keçirilən vahid testlə həmin universitetə cəmi 30 nəfər qəbul olunub. Xanım Abbaszadə hazırda aclıq edən Müstəqil Azərbaycan Universitetinin tələbələrinən onları başqa universitetlərə köçürülmələri ilə bağlı tələblərinin isə mümkünsüzlüyünü deyib
XS
SM
MD
LG