Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri: «Müharibə bərpa olunarsa məsuliyyət Ermənistan və Azərbaycanın üzərində qalır»


ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 22-də Vyanada ATƏT-in Daimi Komitəsinin iclasında Qarabağ münaqişəsinin tənzimlənməsinin mövcud durumu ilə bağlı bəyanatla çıxış edib. Turan İnformasyia agentilyi bu gün yaydığı həmsədrlərin bəyanatı əsasən Ermənistan və Azərbaycan prezidentinin danışıqlarıнын tarixini əks etdirir. Sənədə görə, həmsədr ölkələrin xarici işlər nazirlərinin müavinləri, prezidentlər Robert Köçəryana və İlham Əliyevə "ədalətli, balanslaşdırılmış, işlək və tərəflərə uzunmüddətli saziş hazırlamaqda kömək edə bilən" baza prisnipləri təqdim edib. Təəssüf ki, prezidentlər Buxarestdə sazişə nail ola bilməyib. Beynəlxalq birlik, eləcə də Azərbaycan və Ermənistan xalqları qarşısında "məsuliyyət"i hiss edərək həmsədrlər, onları və ATƏT-i əsas tənzimlənmə prinsipləri haqda məlumatlandırır. Təkliflərin hazırlanmasına olan yanaşma əvvəlki danışıqların 9 illik təcrübəcinə əsaslanırdı və həmsədrlər qarşılarına münaqişənin bütün aspektlərini bir dəfəlik həll etmək vəzifəsi qoymamışdı. Əksinə, bu prinsiplər ciddi irəliləyişə nail olmaq və bəzi məsələlərin həllini gələcək üçün təxirə salmaq məqsədi güdürdü. Bu prinsiplər, Dağlıq Qarabağ ətrafındakı Azərabycan ərazilərindən erməni qoşunlarının mərhələ-mərhələ çıxarılmasını, Kəlbəcər və Laçının xüsusi rolunu nəzərə alaraq bu rayonların demilitarizasiyasının bir qədər gec olmasını nəzərdə tutur. Gələcəkdə Dağlıq Qrabağın hüquqi statusu haqqında referendum keçirilməsi və ya Dağlıq Qrabağın əhalinin səsverməsi məsələsi razılaşdırılır.Tərəflər referendumun vaxtını təyin etmək üçün danışıqlar aparmaq öhdəliyi götürür. Tənzimlənmə üzrə müəyyən razılaşmalar beynəlxalq birliyə tərəflərə kömək etmək imkanı verir. Münaqişə zonasına sülhməramlı qüvvələr daxil olur. Sazişin reallaşdırılması üçün birgə komissiya yaradılır. Ərazilərin minalardan təmizlənməsi, tikinti və işğal olunmuş ərazilərdən qovulmuş əhalinin yerləşdirilməsi, Dağlıq Qarabağın müharibə getmiş rayonlarının tikintisi üçün maliyyə köməyi göstəriləcək. Tərəflər qüvvə tətbiq olunmasından və ya qüvvə tətbiq etmək hədəsindən imtina edir, beynəlxalq və ikitərəfli təhlükəsizlik zəmanətini həyata keçirir" - deyə bəyanatda qeyd edilir. Həmsədrlər bildirir ki, referendum ideyası Dağlıq Qarabağın hüquqi statusunu qəti şəkildə həll etmək üçündür. «Referendum iki tərəfin razlığı nəticəsində olmalıdır. Belə səsvermə üçün qəbuledilən şərtlər hazırlanmalı, bu səsvermə məcburi şəraitdə olmamalı və ictimaiyyətin geniş debatlarnıdan sonra keçirilməlidir. Həmsədrlərin irəli sürdüyü və "iki ölkənin prezidentlərinin qəbul etmədiyi" təkliflər bunlardan ibarət idi. Yeri gəlmişkən, hər iki tərəf sazişə yaxın olmadıqlarını bildirdib. Vasitəçilər hesab edir ki, 2006-cı il razılıq əldə olunması üçün daha məqbul sayılır və hər iki ölkədəki sonrakı seçkilər əlverişli şəraiti qeyri-müəyyən müddətə qədər geri atır. Həmsədrlər hesab edir ki, yuxarıda adları çəkilən prinsipləri hazırlamaq üçün maksimum olanı ediblər və bundan üstününü etmək çətin ki, mümkün ola. "Ümid edirik ki, ATƏT-in Daimi komitəsi bizə qoşulacaq və tərəfləri yuxarıda göstərilən prinsiplər əsasında mümkün qədər tez saziş əldə etməyə inandıracaq. Əgər iki tərəf razılıq əldə etməyə qabil deyilsə, onda hər iki tərəf üçün məqbul olan saziş əldə etmək üçün birgə işləməlidirlər" - deyə bəyanatda vurğulanır. Həmsədrlər hesab edir ki, hər iki ölkənin ictimaiyyəti tənzimlənmənin müxtəlif aspektləri üzrə müzakirələrə başlamalıdır. "Əgərə tərəflər öz aralarınıda razılığa gələ bilməsələr, o zaman müharibə əməliyyatlarının bərpasına görə məsuliyyət hər iki tərəfin üzərindcə qalacaq" - deyə həmsədrlər vurğulayır. Vasitəçilər həmçinin hesab edir ki, tərəflər qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün hələ kifayət qədər siyasi iradə nümayiş etdirmədikləri üçün fəal məqsədli diplomatiyaya və prezidentlərin görüşlərinə zərurət yoxdur. Eyni zamanda , vasitəçilər qarşılıqlı anlaşmaya nail olmaq üçün tərəflərə hər cür kömək göstərməyə hazır olduqlarını bildirir.
XS
SM
MD
LG