Accessibility links

Qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun ad günüdür


Elmar sən bizim hakimiyyət üçün ən dadlı ov, ən gözəl və ən arzulanan meyit idin. Bu həqiqətdə də belədir. Elmara atılan güllələr azad sözə atılan güllələrdir. Bütün problemlər bundan sonra başladı. «Azadlıq» qəzetinin müxbiri Fikrət Hüseynli oğurlanaraq döyüldü, «Bizm yol» qəzetinin redaktoru Bahəddin Həziyev oğurlanaraq fiziki zorakılığa məruz qaldı, «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitin cibinə narkotik atılaraq həbs edildi. Hesab edirəm ki, bu da son deyil, başlanğıcdı». Bu sözləri 2005-ci il martın 2-də evinin astanasında qətlə yetirilmiş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun həyat yoldaşı Rüşaniyə Hüseynova bu gün onun ad günü münasibəti ilə keçirilən mərasimdə söyləyib. Elmar sağ olsa idi 39 yaşını qeyd edəcəkdi. Dostları, qələm yoldaşları bu gün Elmarın qəbir daşına sığınaraq kimi azad söz uğrunda mübarizəni davam etdirəcəyini bildirib, kimisi isə bu yolun çətinliklərini dərk edərək Elmarı xatırlayıb və göz yaşı axıdıb. Elmar azad söz mübarizi idi. Onun üçün fərq etməzdi, kim müxalifdi, kim hakim. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu Elmar Hüseynovun qatillərinin tapılmamasında hakimiyyəti qınyayıb. Onun fikrincə, jurnalitlərin həyatı indi də təhlükədədir. «Gündəlik Azərbaycan» qəzetinin redaktoru və Elmarla uzun müddət çiyin-çiyinə çalışmış Eynulla Fətullayev dostunu azad söz mücahidi kimi xatırlayıb. Onun sözlərinə görə, Azərbaycanı azad və xoşbəxt görmək Elmarın ən böyük arzusu olub. «Müsavat» partiyasının başqanı İsa Qəmbər Elmar Hüseynovu Azərbaycanın və demokratik dünyanın ən istedadlı urnalistlərindən biri adlandırıb. O jurnalistin qətlində hazırki rejimi suçlu bilir. Deputat Pənah Hüseyn hesab edir ki, Elmar Şüseynovun qatilləri tapılmayacaq. Onun qənaətincə, Elmarın qatillərini tutmaq üçün hakmiyyətin iradəsi yoxdur. Elmarın atası Sabir Hüseynov isə oğlunun qətlinin açılmasında istintaqa deyil mətbuata ümid bəsləyir. O jurnalistləri Elmarı unutmamağa çağırıb. Öz növbəsində, Milli Təhlükəsizlik nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev «Amerikanın səsi» radiosuna Elmar Hüseynovun qətli ilə bağlı istintaqın intesiv davam etdirildiyini bildirib. O hakimiyyətin ünvanına deyilən itihamları da təkzib edib.
XS
SM
MD
LG