Accessibility links

Nabucco layihəsi Azərbaycanın maraqlarına xidmət edir


Neft Araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban Türkiyədə imzalanmış Nabucco layihəsinin Azərbaycanın maraqlarına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, hazırda imzalanan layihə qazın tranzitini həyata keçirəcək. Bundan sonra kəmərin qazla doldurulması ətrafında danışıqlar başlayacaq. Azərbaycan həmin danışıqlarda iştirak edəcək və yaxın illərdə Şahdəniz yatağının ikinci hissəsi işə düşdükdən sonra Azərbaycan Nabucco kəmərinə kifayət qədər qaz verə biləcək. Bununla yanaşı Xəzərdə perspektiv yataqların tədqiqi yeni qaz mənbələrinin yaranmasına yol açacaq.

XS
SM
MD
LG