Accessibility links

Türkiyə prezidenti Azərbaycanda səfərdədir


Türkiyə prezidenti Əhməd Nejdet Sezerin Azərbaycana iki günlük səfəri başlayıb. O bu gün Azərbaycan prezidenti İlham Əliyevlə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşlər keçirib. Hər iki prezident görüşlərin yekununu müsbət və uğurlu adlandırıb. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, dövlət başçıları arasında aktiv dialoq olub və bütün sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Cənab Əliyev beynəlxalq və regional məsələlər ətrafında da müzakirələr aparıldığını deyib. Qars-Tbilisi-Bakı dəmir yoylunun inşası məsələsi də tərəflərin diqqətində olub. Azərbaycan prezidentinin sözlərinə görə, layihənin həyata keçirilməsi məsələsində dövlət başçılarının fikirləri üst-üstə düşür. Prezidentlər Ermənistan-Azərbaycan münaqişəsi ətrafında da fikir mübadiləsi aparıb. Cənab Əliyev Türkiyənin bu məsələdə daim Azərbaycanı dəstəklədiyini deyib və bu dəstəyə görə minətdarlığını bildirib. Dövlət başçısı münaqişənin nizamlanması məsələsində Azərbaycanın mövqeyinin dəyişməz qaldığını bir daha diqqətə çatdırıb. Türkiyə prezidenti Əhməd Nejdet Sezer ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafı ilə bağlı bütün istiqamətlərdə müzakirələr aparılıdğını bildirib. Onun sözlərinə görə, müzakirələrdə siyasi və iqitsadi əlaqələr əsas mözvu olub. Cənab Sezer regional məsələlərə toxunulduğunu da deyib. Türkiyə prezidenti Kiprs türklərinin dövlətlərarası təcriddən çıxmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirib. O Ermənistan-Azərbaycan münaqişəsi üzərində xüsusi dayanıb. Türkiyə dövlət başçısı həmçinin iki ölkə arasındakı iqtisadi və ticarət əlaqəlrinin inikşafı sahəsində çox iş görüldüyünü və enerji sektorunda əməkdaşlığın vacibliyini qeyd edib. Onun sözlərinə görə, Türkiyə iş adamlarının Azərbaycana marağı qalmaqdadır.«Türkiyənin Azərbaycana qoyduğu investiyaların səviyyəsi 4,5 mlrd. dollara çatacaq. Qeyri-neft sektoruna isə turk iş adamları tərəfindən 2,2 mlrd.dollar sərmayə qoyulub. 2004-cü ildə Azərbaycanla Türkiyə arasında mal dövriyyəsi 550 mln. dollar təşkil edib, 2005-ci ildə isə 795 mln. dollaradək artırılıb.Cari ildə bu rəqəm 1 mlrd. dollara çatdırılacaq»-deyə o qeyd edib.
XS
SM
MD
LG