Accessibility links

Azərbaycan Türkiyədə baş verən terror aktlarına görə hiddətini bildirib 


Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə törədilmiş terror aktları nəticəsində insan tələfatı ilə bağlı Türkiyə prezidenti və baş nazirinə baş sağlığı verib.

Dövlət başçısı törədilmiş amansız əməllərə qarşı öz hiddətini bildirib. "Azərbaycan insanların həyatı üçün daim təhlükə mənbəyi olan terrorizmin bütün təzahürlərini kəskin şəkildə pisləyir.
Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm"-deyə cənab Əliyev qeyd edir.

XS
SM
MD
LG