Accessibility links

Azərbaycanda İrandan gətirilən iyirmi kiloqram narkotik tutulub


Milli Təhlükəsizlik Nazirliyi İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitə olan 20 kiloqram həşiş aşkar edərək götürüb.

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, Azərbaycanın iki və İranın bir vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətirib. Onlardan 16 kiloqramdan artıq narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.

MTN-in keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində “Azərbaycan-Rusiya” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması cəhdinin qarşısı alınıb. Belə ki, Sumqayıt şəhər sakini Esmira Əsədovanın üzərindən 4 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.


XS
SM
MD
LG