Accessibility links

Avropa İttifaqı üçlüyü Azərbaycandadır


Avropa İttifaqı üçlüyünün nümyaəndə heyətinin Azərbaycana ikigüqnlük səfəri başa çatıb. Nümayəndə heyətinə Böyük Britaniyanın Cənubi Qafqaz üzrə xüsusi təmsilçisi Brayn Foll, bu ölkənin Xarici İşlər Nazirliyinin Şərq Departamentinin müdiri Saymon Smit, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye, Avstriya Xarici İşlər Nazirliyinin təmsilçisi Heydi Güler və Avropa Komissiyasının təmsilçisi Kürt Yul daxildir. Nümayəndə heyəti Azərbaycan prezidenti, müdafiə, xarici işlər nazirləri, müxalifətdə olan "Azadlıq", "Yeni Siyasət" və "Milli Birlik" seçki bloklarının nümayəndələrilə görüşüb. Görüşlərdə Azərbaycanın Avropanın yeni qonşuluq siyasətində iştirakı, qarşıdan gələn parlament seçkiləri, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələləri müzakirə olunub. Nümayəndə heyəti səfərin yekunlarını müsbət və faydalı adlandırıb. Bu gün keçirdikləri mətbuat konfransında Avropa üçlüyünün nümayəndə heyəti Azərbaycanda demokratik seçkilər keçsiriləcəyinə ümid etdiyini bildirib.
XS
SM
MD
LG