Accessibility links

Bakının mərkəzində on altı mərtəbəli bina uçub, çoxsaylı insan dağıntılar altında qalıb


Bakının Yasamal rayonunda təzə tikilməkdə olan on beş mərtəbəli bina uçub. Uçuntular altında binada inşaat işləri ilə məşğul olan çoxsalyı insan qalıb. Hadisə yerinə baş nazirin müavini, Fövqəladə Hallar naziri, Daxili İşlər nazirinin müavini və digər çoxsaylı rəsmi şəxslər gəlib. Hazırda dağıntılar arlıtında qalmış insanların axtarışı aparılır. İndiyədək 2 nəfərin cəsədi, iki nəfər isə ağır yaralı vəziyyətində dağınğılar altından çıxarılıb. Tikintini «Mütəfəkkir» Tikinti Şirkəti aparırmış. Şirkətin rəhbəri Əli Muradov bildirib ki, bina uçmamışdan öncə partlayış səsi eşidilib. «Dağfıntılar altında səkkizədək insan qalıb». Lakin fəhlələr onu təkzib edir və bildirir ki, parlayış səsi eşidilməyib, dağıntılar altında azı otuzadək insan var. Hadisə yerində Fövqəladə Hallar nazirliyinin, Mülki Müdaifə qərargahının əsgərləri cəlb edilib. İtlər vasitəsi ilə insanların axtarışı davam etdirilir. Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin tikintidə təhlükəsizlik qaydalarının pozulması və tikinti qaydalarının pozulması maddələrii ilə cinayətişi başlanıb, Şirkətin kik vəzifəli şəxsi saxlanıb. Bu barədə «Amerikanın səsi» radiosuna Bakı şəhər prokuroru Əziz Seyidov bildirib. Onun sözlərinə görə, ilkin istintaq nəticəsində hvadisinin partlayış nəticəsində baş verməsi təsdiq olunmayıb. Müstəntiq ilkin istintaq araşdırmalarına əsasən bildirib ki, binanın tikintisi 2002-ci ildən başlayıb. «Nə tikintini aparan şirkətin dövlət qeydiyyüatı yoxdur, nə də tikintinin aparılması ilə bağlı müvafiq icra qurumunun icazəsi olmayıb»-deyə prokuror qeyd edib. Prokuror həmçinin son anda uçqunlar altında qalan on nəfərədək insanın sağ olması ilə bağlı xəbərin oluduğunu deyib, «Son məlumatlara görə, binanın zirzəmi hissəsində qalan insanlardan biri mobil telefonu ilə zəng edərək onadək insanın sağ olduğunu deyib» .
XS
SM
MD
LG