Accessibility links

Beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri Azərbaycanda jurnalistə azadlıq tələb edir    


«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitin həbsi ilə bağlı bir sıra siyasi siyasi partyialar, hüquq müdafiçiləri, jurnalist qurumları və beynəlxalq təşkilatlar etiraz bəyanatları ilə çıxış edib. Mərkəzi qərargahı Parisdə yerləşən "Sərhədsiz Reportyorlar" təşkilatı Mirzə Sakitə qarşı narkobizneslə bağlı ittihamın ədalətli olmasına şübhə etdiyini bildirir.Təşkilat Azərabycan hakimiyyətini situasiyaya ayıdınlıq gətirməyə çağırıb. "Biz prezident İlham Əliyevi və onun hökumətini kəskin tənqid edən müxalifətçi jurnalist Sakit Zahidovun həbsinə təəccüb edirik, daxili işlər nazirini onun saxlanması şəraitini açıqlamağa və aşkar edilən heroinin həqiqətən ona aid olmasını sübut etməyə çağırırıq". «Sərhədsiz Reportyorlar» bildirir ki, Azərbaycan jurnalistləri mütəmadi olaraq zorakılığın qurbanı olur, inzibati həbslərə məruz qalır. «Hakimiyyət hələ də gərginliyə son qoymaq kimi xoş iradənin əlamətlərini ə nümayiş etdirməyib və fərqli düşünən jurnalistlərə basqı siyasətinin davam etməyəcəi barədə düşünməyə heç bir əsas yoxdur" - deyə sənəddə vurğulanır. İctimaiyyətin nümayəndələri, ziyalılar, redaktorlar isə byeənlxalq təşkilatlara, dünya ictimaiyyətinə və AŞPA yay sessiyasında iştirak edən deputatlara müraciət ünvanlayıb. Sənəddə AŞPA deputatlarından Azərbaycan hakimiyyətindən jurnalisti dərhal azadlığa buraxmağı və son dövrlər söz azadlığına qarşı başlanan zorakılıqlara son qoyulması üçün tədbirlər görməsinin tələb edilməsi xahiş olunur. "Azadlıq" siyasi blokunun bəyanatında Mirzə Sakitə qarşı hakimiyyət orqanlarının siyasi sifarişi ilə həyata keçirilən qeyri-qanuni həbs qətiyyətlə pislənir. «Baş verən hadisəni azad mətbuata qarşı siyasi represiya kimi dəyərləndirir və jurnalistin dərhal azadlığa buraxılmasını tələb edirik. Biz azad mətbuat nümayəndələrinə mövcud rejim tərəfindən həyata keçirilən intensiv terror və repressiya aktlarının qarşısının alınması istiqamətində dünya ictimaiyyətini, ölkədə fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrini yardımçı olmağa çağırırıq"-deyə sənəddə vurğulanır. Bu gün Mirzə Sakitin hüquqlarını müdafiə komitəsinin iclası da olub. Müdafiə Komitəsinin sədri Emin Hüseynov Mirzə Sakitin həbsini siyasi adlandırıb. O müdafiə komitəsinə çoxsaylı jurnalistlərin, hüquq müdaifəçilərinin, ziyalıların qoşulduğunu bildirib. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid müxbirin bir neçə gün öngədən izləndiyini bildirib. Onun sözlərinə görə, cənab Mirzə son üç ildə məmurların və dövlət rəhbərlərinin hərəkətləri ilə bağlı satirik şerləri ilə tanınır. Hüquq müdafiəçisi Novella Cəfəroğlu maraqlı təkliflə çıxış edib. O jurnalistlərə qarşı təzyiq göstərən və qanunsuz hərəkətlərə baş vuran şəxslərin çoxsaylı mətbuat səhifələrində ifşa edilərək istefasının tələb edilməsi ideyasını irəli sürüb. Hüquq müdafiəçisi Səidə Qocamanlı ziyalının cibinə narkotik maddə atılaraq həbsini dəhşət adlandırıb. Onun sözlərinə görə, ölkədə uzun müddətbir şər metodikasından istifadə olunur. Reportyorların Azadlıq və Təhlükəsizliyi instututunun koordinatoru İdrak Abbasov Azərbaycan hakimiyyətindən jurnalistlərə qarşı zorakılığın qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməsinin tələb edilməsini vacibiyni bildirib. Onun fikrincə, təzyiqlərin qarşısı alınmazsa gələcəkdə jurnalistlərə qarşı təzyiqlər daha güclənəcək, söz azadlığı, eləcə də təhlükəsiz yaşamaq hüququ sual altında qalacaq. «24 saat» qəzetinin təmsilçisi Fikrət Məmmədov sensasialı bəyanatla çıxış edib. Onun sözlərinə görə, hökumət jurnalistlərə təzyiqlərlə bağlı taktikanı dəyişib. Belə ki, bundan sonra mətbuat işçilərinə qarşı təxribat hərəkətləri onlar xarici ölkələrdə səfərdə olarkən planlaşdırılır. Deputat Pənah Hüseyn son dövrlər siyasi hakimiyyətin jurnalistlərə qarşı siyasi sifarişlərin məqsədli olduğunu deyib. Onun fikrincə, hakimiyyət jurnalistləri hörmətdən salmaq, "reket jurnalistikası" terminini qabartmaq, təziyq siyasəti yeritməklə söz azadlığını məhdudlaşdımaq yolunda addım atmaq istəyir. Öz növbəsində Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev deilənləri əssasız sayır. Onun sözlərinə görə, Azərbaycanda söz və mətbuat azadlığı dövlət tərəfindən qorunur və səslənən bəyanatlar siyasi xarakter daşıyır.
XS
SM
MD
LG