Accessibility links

Azərbaycanda qripdən quşların qırılması sürətlə artır 


Ekspertlər hesab edir ki, fevral-mart aylarında Azərbaycanda quş qripindən qırılan quşların sayı kütləviləşəcək. Belə ki, bu aylarda vəhşi quşların cənubdan şimala aktiv miqrasiyası dövrüdür. Milyonlarla vəhşi quş Afrika, Fars körfəzi, Aralıq dənizi regionundan, eləcə də Hindistandan köç edir. Azərbaycan ərazisi isə bu quşların miqrasiyası üçün əsas yollardan biridir. Hazırda ölkədə on milyonlarla quş var. Kənd təsərrüfatı naziri İsmət Abbasov Amerikanın səsi radiosuna bildirib ki, son günlər ölkə razisində vəhşi quşların ölüm halları çoxalıb. Nazirin sözlərinə görə, quş qripinin daha geniş yayılmaması üçün hökumət lazımıi tədbirləri görülür, dezinfeksiya işləri aparılır. Dunən prezident sərəncamı ilə quş qripinə qarşı mübarizəni təşkil etmək məqsədilə dövlət komissiyası yaradılıb. Dövlət komisssiyasının sədri, baş nazirin birinci müavini Abbas Abbasov bildirib ki, hazırda ölkə ərazisində vəziyyətin monitorinqini aparılır. Onun sözlərinə görə, "quş qripi"nin qarşısının alınması və profilaktikası üçün $16 mln. vəsait tələb olunur. Cənab Abbasov Azərbaycanın beynəlxalq humanitar və maliyyə strukturları ilə əməkdaşlıq etdiyini də bildirib. «Asiya İnkişaf Bankı 50 min dollar qrant ayırıb, daha 250 min dollar ayrılması barədə də qərar qəbul edib. Dünya Bankının $5 mln. dəyərində "quş qripi"lə mübarizə layihəsini maliyyələşdirməsi imkanları da müzakirə olunur. BMT və YUNİSEF-lə məsləhətləşmələr aparılır». Dövlət komissiyasının sədri bildirib ki, ölkədə ev quşlarının və insanların quş qripinə yoluxması qeydə alınmayıb.
XS
SM
MD
LG