Accessibility links

Azərbaycanda hakim və vəkillərin seçkisi tənqid edilir


«Sülh və Demokratiya» institutu ilə Azərbaycan Hüquqşünaslar Forumu hakim və vəkil seçkiləri zamanı apardıqları monitorinqin nəticələrini elan edib. Təqdimat mərasimində ekspertlər, hüquqşünaslar, vəkillər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Azərbaycan Hüquqşünaslar Forumunun həmsədri Əlövsət Əliyev bildirib ki, vəkilliyə və hakimliyə qəbul zamanı şifahi imtahanlarda qiymətləndiirmə meyarı mövcud deyil. Onun sözlərinə görə, namizədlərin bəzilərinə şifahi imtahan zamın iki digərlərinə isə 19 sual verilib. Bununla belə, sualların hamısına cavab verən bəzi namizədə müsbət rəy verilməyib. Cənab Əliyev həmçinin vəkillərin və hakimlərin seçkisi zamanı şifahi imtahanların aradan qaldırılmasını vacib sayır. Sülh və Demokratyia institutunun direktoru Leyla Yunus 8 milyondan çox əhalisi olan Azərbaycanda cəmi 700 vəkillin fəaliyyətdə oduğunu, onların isə cəmi 7-8-nin tanındığını deyib. Xanım Yunus hakimlərin seçkisinin şəffaflığı ilə bağlı deyilənlərə isə şübhə ilə yanaşır. Uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Qurban Məmmədov vəkillik institutunun islahatlarına böyük ehtiyac duyulduğunu deyib. Onun fikrincə, ədalətli məhəkəmə institutu müstəqilliyi tam təmin olunmuş vəkillik institutu yaranmadan mövcud ola bilməz. Tanınmış vəkil Namizəd Səfərov hakim və vəkil seçiminin imtahanla həllinə inanmır. Onun fikrincə, ədalətli məhkəmə və vəkil institutunun yaranması üçün siyasi iradə nümyaişi lazımdır. Öz növbəsində, Avrasiya Hüquqşünaslar Assosasiyasının sədri Nadir Adilov vəkillik və hakimliyə imtahanların şəffaf keçirildiyini bildirib. Onun fikrincə, vəkillərin və hakimlərin fəaliyyətinin necəliyi onların şəxsiyyəti ilə bağlıdır. Vəkillər Kollegiyasının üzvü Mirismayıl Hadi də vəkilliyə seçki zamanı rüşvət alınması ilə bağlı deyilənləri qəbul etmir. Onun sözlərinə görə, imtahanlarda hər hansı rüşvətdən söhbət gedə bilməz. «Şəffaflıq Azərbaycan» Təşkilatının hüquqşünası Yusif Ağayev isə imtahanların şəffaflıq şəraitində keçirilmədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hakimlik institutunun fəaliyyəti də şəffaf deyil.
XS
SM
MD
LG