Accessibility links

ABŞ Dövlət Departamenti “Demokratiya nədir?” video müsabiqəsi keçirir


ABŞ Səfirliyi və ABŞ Dövlət Departamenti bütün dünya üzrə onlayn dostları ilə yanaşı Azərbaycanı da səsvermədə iştirak etməyə dəvət edir.
ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir ki, Dövlər Departamenti və onun tərəfdaşları mayın 15-də iştirakçılardan “Demokratiya - ...dir” ifadəsinin tamamlanmasını tələb edən və onlayn rejimində keçirilən Demokratiya Video Müsabiqəsinin on səkkiz nəfər finalçılarının adlarını elan edib. Altı qalibin seçilməsi üçün artıq ictimai səsvermə başlanıb. Səsvermə bu saytda (www.youtube.com/democracychallenge ) və iyunun 15-i, gecə yarısınadək davam edəcək.
Dünyanın 95 ölkəsindən müraciət etmiş 900 iştirakçılardan seçilmiş finalçılar Braziliya (2), Kot d’İvuar, Almaniya, Hindistan, İran (2), Yaponiya, Nepal, Filippin, Polşa, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda, Birləşmiş Ştatlar, Özbəkistan və Zambiya kimi dövlətləri təmsil edir. Bu video kliplər bütün dünya üzrə demokratiyanın təsviri və onunla bağlı fikirlərin məcmusunu nümayiş etdirir. Finalçılar Maykl Apted (Amerika Rejissorlar İttifaqının Prezidenti) ilə Hernando de Sotonun (Azadlıq və Demokratiya İnstitutunun Prezidenti) sədrlik etdikləri müstəqil münsiflər heyəti tərəfindən seçilib.
Qərb yarımkürəsi, Avropa, Orta Şərq (Şimali Afrika, Saxara səhrasından cənubda yerləşən Afrika ölkələri, Cənubi və Mərkəzi Asiya və Şərqi Asiya), Sakit Okean regionundan olan altı qalib 2009-cu il iyun ayının ortasında elan olunacaq. Qaliblər sentyabr ayında Vaşınqton, Nyu-York və Hollivuda tam ödənilmiş səyahət mükafatını alacaq. Mükafat paketinə həmçinin televiziya (kino çəkilişləri, televiziya peşəkarları, demokratiya tərəfdarları, media nümayəndələri, dövlət) xadimləri ilə görüşlər, eləcə də xüsusi olaraq qalib gəlmiş kliplərin nümayiş etdirilməsi daxildir.
Demokratiya Video Müsabiqəsi BMT-nin Beynəlxalq Demokratiya Günündə (15 sentyabr 2008-ci il) onlayn rejimində başlanıb.

XS
SM
MD
LG