Accessibility links

Azərbaycan diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi keçirilib


Azərbaycan diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsi keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin qatıldığı müşavirədə xarici ölkələr və beynəlxalq təşkilatlardakı bütün səfirlər və nümayəndələr iştirak edib. Azərbaycan prezidenti xarici siyasət kursu ilə bağlı geniş çıxış edib. Onun fikrincə, Azərbaycan həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlarda öz mövqelərini çox inamla müdafiə edir. «Son iki ildə Azərbaycanın bölgədə və dünyada mövqeləri çox kəskin şəkildə möhkəmlənib. Bütün ölkələrlə ikitərəfli münasibətlərimiz çox müsbət zəmində, qarşılıqlı hörmət, etimad əsasında qurulur və Azərbaycan Prezidentinin müxtəlif xarici səfərləri bunun əyani göstəricisidir». Dövlət başçısı qonşu ölkələrlə münasibətlərin də müsbət dinamika ilə inkişaf etdiyini deyib. O hesab edir ki, qonşu dövlətlərlə münasibətlər bundan sonra da prioritet xarakter daşımalı və siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr daha da möhkəmlənməlidir. Cənab Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarla apardığı işi də uğurlu adlandırıb. Onun sözlərinə görə, Avropa İttifaqı və NATO ilə əməkdaşlıq artıq proqramlar çərçivəsində keçirilir. «Digər beynəlxalq təşkilatlarla da əməkdaşlıq müsbətdir. MDB, GUAM, Avropa Şurası və başqa təşkilatlarla Azərbaycan çox səmərəli işbirliyi, əməkdaşlıq edir. Biz bütün təsisatlara könüllü daxil olmuşuq və bu təşkilatlarda fəaliyyətimiz, Azərbaycanın milli maraqlarına xidmət göstərir.» Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyiini bir daha diplomatik xidmət rəhbərlərinin diqqətinə çatdırıb. O bildirib ki, Dağlıq Qarabağın siyasi statusu yalnız Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdindən sonra müəyyən edilə bilər. Cənab Əliyev Azərbaycanın öz ərazisində ikinci erməni dövləti yaranmasına heç zaman imkan verməyəcəyini isə xüsusi vurğulayıb. Dövlət başçısının çıxışında bir sıra diplomatik xidmətlərlə bağlı tənqidi məqamlar da olub. O bəzi diplomatiek korpusların fəaliyyətini passiv adlandırıb. Keçmiş xarici işlər naziri Tofiq Zülfiqarovun fikrincə, müşavirədə əsasən Ermənistan-Azərbaycan myünaqişəsi və Azərbaycanın siyasi, iqtsiadi siyasəti ilə bağlı diplomatik korpusların aparacağı işlər müzakirə olunub. Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə hesab edir ki, xarici işlər nazirliyi müxtəlif istiqamətlər üzrə proqramlar tərtib etməli və icrası ilə bağlı səfirlər qarşısında vəzifələr qoymalıdır. Yalnız bu halda effektli nəticələr əldə etmək mümkündür. Cənab Quluzadə xatırlayır ki, bir vaxtlar dövlət başçısının səfərləri ərəfəsində diplomatik idarələrin fəallığı artırmış. Ancaq o hesab edir ki, diplomatik korpuslar hər gün dövlət siyasətinin təbliği sahəsində fəal olmalıdır. Keçmiş dövlət müşaviri prezidentin tənqidini müdafiə edir və o da bəzi ölkələrdə səfirlərin fəal olmadığı qənaətindədir. Politoloqt Eldar Namazov Azərbaycanıvn xarici siyasət kursunun təbliğini məqbul saymır. Diplomatik xidmət rəhbərlərinin seçilməsi metodikası da politoloqu qane etmir. Cənab Namazovun fikrincə, Azərbaycanın xarici siyasəti dövlətlərarası münasibətlər əsasında deyil, rejimlərarası münasibətlər üzərində qurulur. Müxalifətdə olan siyasi partiyalar da Azərbaycanın xirici siyasət kursunu məqbul saymır. Müsavat pratiyasının başqanı İsa Qəmbər hələ də xarici siyasət, milli təhlükəsizlik konsepsiyalarının və hərbi doktirinanın qəbul edilməməsini təəssüflə qeyd edir. Onun fikrincə, iqtidarın Ermənistan-Azərbaycan münaqişəsi sahəsində siasətidə uğurlu deyil. Müsavat başqanı Azərbaycanın diplomatik korpusunda kifayət qədər savadlı diplomatların olduğunu deyib. O eyni zamanda hesab edir ki, daxili siyasətdə uğuru olmayan ölkənin xarici siasətdə nailiyyətlərinə güvənmək əbəsdir.
XS
SM
MD
LG