Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Amerikanın səsiinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə aparılan danışıqlarla bağlı yaydığı bəyanat ətrafında suallarına cavab verib. O danaşıqların davam etdiyi şəraitdə həmsədrlərin mövqeyini «erkən bəyanat» adlandırıb. Onun fikrincə, həmsədrlərin erkən bəyanatı ictimai rəyi yoxlamağa xidmət edir və bəzi məqamları düzgün təsəvvür yaratmır.
Nazir müavini Azərbaycanın Dağlıq Qarabağda bölgənin stasusuna dair referendumun keçirilməsinə razılıq verməsi barədə xəbərləri həqiqətəuyğun saymır. Onun sözlərinə görə, Azərbaycan bütün ölkə ərazisində ümummilli referendumun keçirilməsinin mümkünlüyünü dəfələrlə bəyan edib.
Cənab Əzimov Azərbaycanın mövqeyinin aydın və dəqiq olduğunu xatırladıb. Onun sözlyriənə görə, Azərbyacanın ərazi bütövlyü danışıqların mövzusu deyil.
O, erməni tərəfin Laçın və Kəlbəcər rayonlarının xüsusi statusu barədə məlumatını da təkzib edib. Nazir müavini tərəflərin Laçın dəhlizinin təhlükəsiz fəaliyyət göstərməsində maraqlı olduğunu deyib. Azərbaycan bu dəhliz vasitəsilə Naxçıvanla, Ermənistan isə Dağlıq Qarabağla nəqliyyat əlaqəsinə malik ola bilər.
Cənab Əzimov həmsədrlərin hərbi əməliyyatlar başladığı təqdirdə «məsuliyyət Ermənistan və Azərbaycanın üzərində qalır» bəyanatına də münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti heç zaman müharibənin bərpa ediləcəyi ilə bağlı bəyanat verməyib.
Xarici işlər nazirinin müavini bu il iyulun 17-də Sankt-Peterburq şəhərində münaqişənin nizamlanması ilə bağlı çərçivə sazişi imzalanmayacağını bildirib.