Accessibility links

Politoloq İranda liberalların daha çox dəstək alacağına inanır


Politoloq Zərdüşt Əlizadə İranda prezident seçkilərinin azad rəqabət şəraitində keçirildiyini bildirir. Onun qənaətincə, seçkilərdə ikinci turun olacağı mümkündür. Belə ki, ölkədə liberlal xətt tərəfdarı olan namizəd Mir Hüseyn Musəvinin elektorat arasında dəstəyi yüksəkdir.
Politoloq seçkilərin İranın daxili və xarici siyasətində köklü dəyişikliyə səbəb ola biləcəyinə inanmır. “İranın xarici siyasətində yumşalma ola bilər. Bu isə nüvə proqramı sahəsini əhatə edəcək”.
Cənab Əlizadə İran seçkilərinin Yaxın Şərq sülh prosesinə təkan verəcəyinə də inanmır. “Burada irəliləyişin baş verməsi üçün İsrail Fələstin xalqının müstəqilliyinə hörmət etməli, Holan təpələrindən geri çəkilməli və ərəb dünyası ilə münasibətlərinə yenidən baxmalıdır”.

XS
SM
MD
LG