Accessibility links

Azərbaycan ziyalıları NATO-ya üzvlüyü vacib sayır


Azərbaycanın bir qrup tanınmış ziyalısı "Atlantik" klubu təsis edib. Klub Azərbaycanın NATO-ya üzvlüyə qəbulu məsələsinə kömək etməyi qarşısına əsas məsələ kimi qoyub. Bunun üçün ölkədə demokratik siyasi, iqtisadi və hərbi islahatların aparılmasına hərtərəfli kömək edəcək. "Avropa və Avro-Atlantik institutlara inteqrasiya ilə bağlı rəy sorğuları keçirəcək, NATO-nun həqiqi məqsədləri ilə bağlı izahat işləri aparacaq, hökumət və qeyri-hökumət strukturları ilə əməkdaşlıq edəcək, Avropa və Avro-Atlantik strukturları ilə Azərbaycan cəmiyyəti arasında vasitəçilik missiyasını həyata keçirəcək", - deyə təsisçilərin imzaladığı "Atlantik Manifesti" adlı sənəddə qeyd edilib. Kluba ilk sədrlik edən Sülhəddin Əkbər bildirib ki, qurumun qarşısında duran başlıca məqsəd Azərbaycanın Avropa və Avro-Atlantika institutlarına tam inteqrasiyası, qloballaşan dünyaya adaptasiyası proseslərinə yardım etməkdir. Klubun üzvü Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə hesab edir ki, Azərbaycanin yeganə seçimi məhz NATO olmalıdır. Çünki totalitar dövlətlər davamlı sosial və siyasi sülhə nail ola bilmir. “Turan” Agentliyinin direktoru Mehman Əliyev Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı müraciətinin vacib şərti kimi demokratik seçkilərin keçirilməsini, söz azadlığını və liberal iqtisadiyyatın qurulmasını önə çəkib. Onun fikrincə, hərbi islahatların aparılması da demokratik cəmiyyətdə mümkündür.
XS
SM
MD
LG