Bu gün «Azadlıq» seçki blokunun təşəbbüsü ilə keçirilən etiraz aksiyası polis tərəfindən amansızlıqla dağıdılıb. Onlarla ağır xəsarət alanlar var. Belə ki, «Azadlıq» blokunun liderləri mitinqin oturaq aksiyaya keçməsini elan etməsi meydanda alqışlarla qarşılanıb. Bundan dərhal sonra polis qüvvələri heç bir xəbərdarlıq etmədən mitinqçilərə hücum çəkib. Hücümda su vuran maşınlardan, gözyaşardıcı qazlardan da istifadə edilib.