Accessibility links

ABŞ Dövlət Departamentinin hesabatında İranda azərbaycanlıların hüquqlarının pouzlduğu bildirilir


ABŞ Dövlət Departamentinin 2006-cı ildə dünyada insan hüquqlarına dair hesabatında İranda azərbaycanlı əhalinin hüquqlarının pozulduğu bildirilir. Sənədə xüsusi olaraq, İran qəzetində azərbaycanlılar üçün təhqiredici karikaturalara etiraz olaraq may və iyun aylarında keçirilən aksiyalara zamanı həbs edilmiş Abbas Lisaninin, Saleh Kamraninin və Əbülfəz Vesalinin işlərinə toxunulur. Hesabatda həmçinin deyilir ki, İranın azərbaycanlı əhalisi 68 milyonluq əhalinin ən azı dörddə birini təşkil edir. Buna baxmayaraq, azərbaycanlılar mədəni və dil ayrı-seçkiliyinə məruz qalırlar. Məktəblərdə azərbaycan dilinin tədrisinə icazə verilmir, bundan narazı olanlar təqib edilir, Azərbaycan toponimləri isə farslaşdırılır. 2006-cı ilin yazında və yayında İranın bir çox şəhərlərində azərbaycanlı əhalinin etiraz aksiyaları keçirilib. Aksiyaların gedişində 4 nəfər həlak olub və 100-dən çox insan yaralanıb.
XS
SM
MD
LG