Accessibility links

Avropa İttifaqı ölkələri Azərbaycandan enerji daşıyıcıları almaqda maraqlıdır


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye Azərbaycana ikigünluük səfərdə olub. Səfərin yekunları ilə bağlı mətbuat konfransında o bildirib ki, Avropa Birliyi Cənubi Qafqazın hər üç ölkəsi ilə qonşuluq siyasəti çərçivəsində proqramına eyni vaxtda başlayacaq. «Fəaliyyət planlarının mahiyyəti müxtəlif olmasına baxmayaraq hər üç dövlətlə məsləhətləşmələrin vaxtında başa çatdırılacağına və AB ilə saziş imzalayacağına ümid edirik». Cənab Talvitye Ermənistan-Azərbaycan münaqişəsi nizamlanarsa AB mümkün olan köməyi göstərməyə hazır olduğunu bəyan edib. «AB bu istiqamətdə öz dəstəyini yönəltməyə hazıdır. Praqa prosesi davam etdirilir və müəyyən nikbinlik saxlanılır» -deyə o qeyd edib. AB-nin xüsusi nümayəndəsi bu quruma daxil olan ölkələrin Azərbaycandan enerji ehtiyatlarının alınmasında maraqlı olduğunu diqqətə çatdırıb. « Azərbaycan Avropa bazarına enerji tədarükçüsü olmaqla yanaşı, Avropa ölkələrinə enerji ehtiyatlarının göndərilməsində də əlverişli geostrateji mövqeyə malikdir». 2007-ci ildə Azərbaycanda Avropa Birliyinin səfirliyi də açılacaq.
XS
SM
MD
LG