Accessibility links

Ukraynanın baş naziri vəzifəsindən kənarlaşdırıla bilər


Ukrayna parlamenti baş nazir Yeri Yexanurovun vəzifəsindən kənar edilməsi ilə bağlı səsvermə keçirib. Ukrayna prezidenti Viktor Yuşenko bu gün Qazaxıstanda müxbirlərlə görüşü zamanı səsvermənin konstitusiyaya zidd olduğunu deyib. O bildirib ki, vəkilləri ilə məsləhətləşdikdən sonra məsələ dəqiqiliyi ilə araşdırılacaq. Əgər baş nazir vəzifəsindən kənar edilsə belə Yuri Yexanurov yeni kabinetin təşkilinə qədər vəzifəsini icra edəcək. Xatırladaq ki, səsvermə hökumətin Moskva ilə qaz qiymətləri razılığına dair tənqidlərdən sonra keçirilir. Keçən həftə əldə edilən razılığa əsasən Ukrayna Rusiyadan aldığı 1000 kub mert qaz üçün 95 dollar ödəyəcək. Bu, Ukaraynanın ödədiyi məbləğdən iki dəfə artıqdır.
XS
SM
MD
LG