Accessibility links

Ana dili gününün tarixi


Ana dili gününün tarixi
Ana dili gününün tarixi
<!-- IMAGE -->

Beynəlxalq Ana dili Günü 1999-cu il noyabrda UNESCO-nun Baş Konfransında elan edilib və 2000-ci ilin fevral ayından etibarən hər il dilçilik, mədəni müxtəliflik və çoxdilliliyi təbliğ etmək üçün qeyd edilir.
Beynəlxalq Ana dili günü 1952-ci il 21 fevralda Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini xatırladır. Bunun qeyd edilməsi BMT Baş Məclisi tərəfindən 2008-ci ili Beynəlxalq Ana dili günü elan etməsi ilə rəsmi olaraq tanınıb.
“Dil real və mənəvi irsin qorunması və inkişafı üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə dil müxtəliflikləri və çoxdilli tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artmasına, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır”, - deyə BMT-nin mətbuat üçün məlumatında qeyd edilir.

Sənəddə deyilir ki, Beynəlxalq Ana dili günündə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO və BMT Agentlikləri dilçilik və mədəni müxtəliflikləri təbliğ edən tədbirlərdə iştirak edir. “Onlar həmçinin insanları digər bir dili öyrənərkən və ya həmin dildə danışarkən öz ana dillərini qoruyub saxlamağa çağırır. Hökumət və qeyri-hökumət təşkilatları bu günü dil öyrənmə və ona dəstəyə çağıran siyasətləri elan etmək üçün istifadə edirlər”.
11-ci Beynəlxalq Ana dili günü 2010-cu il - Mədəniyyətlərin Yaxınlaşmasının Beynəlxalq İli çərçivəsində qeyd edilir.

UNESKO-nun baş direktoru xanım İrina Bokovanın Beynəlxalq Ana Dili Günü ilə bağlı məktubunda deyilir ki, ilk sözlərin söyləndiyi və fərdi düşüncələrin ifadə olunduğu ana dili hər bir şəxsin tarixi və mədəniyyətinin təməlidir. Bundan başqa sübut edilmişdir ki, uşaqlar məktəbin ilk illərində öz ana dillərində daha yaxı təhsil alır. UNESCO ən azı 3 səviyyəli dil bacarıqlarının; ana dil, milli dil, ünsiyyət dilinin öyrənilməsini təbliğ etməklə dilçiliklə bağlı əsas məsələ olan çoxdilliliyi təbliğ edir.

Baş direktor bildirir ki, dillər ortaq anlaşma və tolerantlıq üçün əsas vasitədir. “Bütün dillərə qarşı hörmət, heç bir mədəniyyəti və onun üzvlərini kənarlaşdırmadan sülhün bərqərar olmasında əsas rol oynayan amildir. Çoxdillilik, müəyyən bir ərazidə danışılan bütün dillərin harmoniya içərisində mövcudluğu kimi başa düşülür. Buna görə də, təhsil və mədəni siyasətlərin əsasını təşkil edən bu məsələyə olan diqqət artırılmalıdır”.

XS
SM
MD
LG