Accessibility links

Ağ Ev ekstremizmlə mübarizəni gücləndirməyə çağırır


Ağ Ev ekstremizmlə mübarizəni gücləndirməyə çağırır
Ağ Ev ekstremizmlə mübarizəni gücləndirməyə çağırır

Ağ Ev rəsmiləri Əl-Qaidənin Birləşmiş Ştatlara ən böyük təhlükə olaraq qaldığını, amma ekstremizmə qarşı mübarizənin yalnız İslamçı radikallara yönəlməli olmadığını deyirlər. Bu gün açıqlanan hesabatda deyilir ki, ideoloji hücumların qarşısını almaq üçün Ağ Ev geniş strategiya hazırlayıb. Hesabatda Əl-Qaidənin Birləşmiş Ştatların başlıca düşməni olduğu deyilsə də, kəşfiyyat səylərinin bir təşkilata sərf olunması qeyri-məhsuldardır. Hesabatda eləcə də, gələcək nəsildə zorakılıq ideologiyasınin inkişaf etməməsi üçün uşaqlarla məktəbdən sonra və icmalarda əhali ilə iş aparılması kimi proqramların vacibliyi vurğulanır. Hesabatda federal hüquq mühafizə orqanlarına təhlükənin qarşısını alamq üçün ştat və yerli rəsmilərlə birgə çalışmaq tövsiyə edilir.

XS
SM
MD
LG