Accessibility links

Ağ Ev: "Neft quyusundakı qəza araşdırılmayanadək neft çıxarılmayacaq"


Ağ Ev: "Neft quyusundakı qəza araşdırılmayanadək neft çıxarılmayacaq"
Ağ Ev: "Neft quyusundakı qəza araşdırılmayanadək neft çıxarılmayacaq"

Ağ Ev müşaviri Deyvid Akselrod deyib ki, rəsmilər nə baş verdiyini müəyyən etmək istəyir

Ağ Ev rəsmiləri bildirir ki, Meksika körfəzində iri sızmaya səbəb olan neft quyusundakı qəza nəzərdən keçirilməyənədək neftçıxarma işləri həyata keçirilməyəcək. ABC telekanalına müsahibəsi zamanı Ağ Ev müşaviri Deyvid Akselrod deyib ki, rəsmilər nə baş verdiyini və ya qarşısı alına biləcək hadisənin baş verdiyini müəyyən etmək istəyir. Prezident Obama bu yaxınlarda yeni ofşor neft çıxarmanın yerli yanacaq təchizatının artırmasına dair moratoriumu qaldırmışdı. Qeyd edək ki, quyudan sızan neft dünən ABŞ sahillərinə çatıb. Bu sahillərə Luiziana ştatının cənubunda Missisipi çayının deltası daxildir. Ştat qubernatoru Bobbi Cindal ştatda fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG