Accessibility links

Ağ Evdə uşaqlar üçün Halloween mərasimi


Ağ Evdə uşaqlar üçün Halloween mərasimi
Ağ Evdə uşaqlar üçün Halloween mərasimi

ABŞ prezidenti Barak Obama və Amerikanın birinci xanımı Mişel Obama Ağ Evdə məktəb şagirdləri və hərbiçilərin uşaqları üçün Hellouin (Halloween) mərasimi keçiriblər.

Prezident Obama və xanım Obama “ya şirni verin, ya da özünüzdən küsün” deməyə gəlmiş uşaqlara şirniyyət və konfet paylayıblar.

Bu il uşaqlara üzərinə narıncı rəngli şirni çəkilmiş Ağ Ev formasında peçenye və Ağ Ev motivli M@M konfet qutuları paylanıb. Peçenyelər Ağ Evin baş konditeri tərəfindən hazırlanıb.

Ağ Ev və onun həyəti Hellouinsayağı bəzədilmişdi. Hərbi Dəniz Qüvvələrinin orkestri musiqi çalır, Vaşinqton teatrının aktyorları isə Hellouin kostyumlarında uşaqları əyləndirirdi.

Ağ Evdə Halloween mərasiminə aşağıdakı videoda baxa bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG