Accessibility links

Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək


Avropa İttifaqı
Avropa İttifaqı

Dekabrın 12-də Avropa İttifaqı ölkələrinin və beş Şərq Tərəfdaşlığı ölkəsinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirlərinin Brüsseldə görüşü keçiriləcək.

Bu barədə Avropa İttifaqı Şurası dekabrın 9-da məlumat yayıb.

İclas Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Jozep Borrelin sədrliyi ilə keçiriləcək. Görüşdə həmçinin Aİ komissarı Oliver Varheyi, Euronest PA-nın, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun, Avropa İnvestisiya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri iştirak edəcəklər.

Müzakirələr Şərq Tərəfdaşlığının gələcəyinə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin təhlükələrinə və nəticələrinə həsr olunacaq.

Nazirlər Şərq Tərəfdaşlığı ölkələrini dəstəkləməyin və yaxınlaşdırmağın, bütün regionda qanunun aliliyinin və islahatların təşviqini təmin etməyin yollarını müzakirə edəcəklər.

Eyni zamanda, iştirakçılar bütün regionda "yaşıl" və rəqəmsal texnologiyaların təşviqi məqsədilə İqtisadi və İnvestisiya Planının həyata keçirilməsinin sürətləndirilməsini müzakirə edəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG