Accessibility links

Aİ və Şərq Tərəfdaşları: Ədliyyə və Daxili İşləri özünə daxil edən ümumi məkana doğru


Aİ və Şərq Tərəfdaşları: Ədliyyə və Daxili İşləri özünə daxil edən ümumi məkana doğru
Aİ və Şərq Tərəfdaşları: Ədliyyə və Daxili İşləri özünə daxil edən ümumi məkana doğru

Aİ-nın genişlənməsi Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarusu Avropa İttifaqına daha da yaxınlaşdırmışdır.

Avropa İttifaqının Daxili İşlər üzrə komissarı Cecilia Malmström və Avropa İttifaqının Genişlənməsi və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Štefan Füle “Aİ və Şərq Tərəfdaşları: Ədliyyə və daxili işləri özünə daxil edən ümumi məkana doğru” başlıqlı birgə məqalə ilə çıxış edib.

Məqalədə deyilir:

Avropa İttifaqı (Aİ) qonşu ölkələrlə öz əlaqələrini qüvvətləndirməyə can atarkən, Ədliyyə və Daxili İşlər (ƏDİ) sahəsində məsələlər İttifaq və Şərq Tərəfdaşları arasındakı dialoqda və əməkdaşlıqda daha mühüm əhəmiyyət kəsb etməkdədir.

Aİ-nın bir neçə dəfə uğurla genişlənməyi Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarusu Avropa İttifaqına daha da yaxınlaşdırmışdır. Yeni geosiyasi vəziyyəti nəzərə alaraq genişlənmiş Aİ və onun qonşuları arasında yeni bölüşdürücü xəttlərin inkişaf etməsinə yol verməmək üçün Aİ liderləri regionda rifah, sabitlik və təhlükəsizliyi təşviq etməyə ehtiyacın olduğunu görmüşlər. Bunu nəzərdə tutaraq Aİ 2009-cu ilin dekabr ayından iddialı Şərq Tərəfdaşlığını inkişaf etdirmişdir ki, bu da Avropa Qonşuluq Siyasətinin (AQS) bir hissəsini təşkil edir.

Şərq Tərəfdaşları ilə əlaqələrimizdə insanlar arasında əlaqə, fundamental hüquqlar, qanunun aliliyinin təşviq edilməsi regionda sülhün və sabitliyin qorunmasında mühüm ilkin şərt olduğunu sübut etmiş, cəlb olunmuş bütün ölkələrin, o cümlədən fərdlərin və şirkətlərin iqtisadi, mədəni və sosial inkişafına faydalı təsir göstərmişdir. Bu, Şərq Tərəfdaşlığının istiqamətləndirici prinsipi olmuşdur.

Avropa İttifaqı daha böyük siyasi birliyi və davamlı iqtisadi inteqrasiyanı dəstəkləməyə kömək etmək üçün öz qonşularına ümumi dəyərlərə (demokratiya və insan hüquqları, qanunun aliliyi, yaxşı idarəçilik, bazar iqtisadiyyat prinsipləri və davamlı inkişaf) əsaslanan imtiyazlı əlaqələr təklif edir. Bu, əlaqələr istiqamətində göstərilən cəhdlər, bu dəyərlərin nə dərəcədə bölüşdüyündən asılıdır. Biz buna "çoxa çox" deyirik - bizim iştirakımız tam şəkildə diqqətlə təyin edilmiş meyarlar əsasında maraqlı ölkələrin əldə etdikləri qiymətləndirilən tərəqqidən asılıdır.

Viza siyasəti, sığınacaq, sərhəd idarəçiliyi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və ya ədliyyə sistemində islahatlar kimi sahələrdə aparılan əməkdaşlıq həm bu ölkələrdə, həm də Aİ-da vətəndaşlar və şirkətlər üçün təhlükəsizliyin və sabitliyin artmasına çox töhfə etmişdir.

Avropa Komissiyası bu tərəqqiyə əsaslanaraq, Şərq tərəfdaşlarımızla apardığı siyasi və əməliyyat səviyyəsindəki əməkdaşlığı daha da genişləndirmək və qüvvətləndirmək istərdi. 26 sentyabr tarixində qəbul edilmiş son müraciətimizdə əməkdaşlıq üçün mövcud çərçivəni müasirləşdirmək və qüvvətləndirmək üçün plan işləmişik.

Buna necə nail olacağıq? Ilk olaraq, bir sıra ikitərəfli və çoxtərəfli forumlar mövcuddur ki, onlar bəzən çox həssas olan məsələlərdə belə açıq və səmimi fikir mübadiləsi aparmağa imkan verir. Ədliyyə və Daxili İşlər sahəsindəki məsələlərin həm siyasi, həm də ekspertlər səviyyəsində düzgün ünvanlanmasını təmin etməliyik. Onların gündəlikdəki yeri daha mühüm olmalıdır. Bu baxımdan, nazirlər səviyyəsində müntəzəm görüşlərin keçirilməsi ilə ümumi istiqamətləndirmə daha yaxşılaşa bilər.

Ikincisi, qanunvericiliyin qəbul edilməsi və icrası, birgə fəaliyyətin aparılması ilə Ədliyyə və Daxili İşlər sahəsində böyük sayda məsələlərdə daha çox tərəqqi əldə etməyə çalışmalıyıq. İstər ədliyyə və fundamental hüquqlar, miqrasiya, mobillik və sığınacaq, inteqrə edilmiş sərhəd idarəçiliyi, istərsə də ictimai iaşə və təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığımızı qüvvətləndirmək üçün geniş imkanlar vardır.

Vətəndaşların mobilliyinin artırılması Şərq Tərəfdaşlığının əsas məqsədlərindən biridir. Ölkədə əldə edilmiş tərəqqidən və miqrasiya ilə bağlı vəziyyətdən asılı olaraq mobillik sahəsində Tərəfdaşlığın imzalanması imkanı Şərq Tərəfdaşlığına daxil olan bütün ölkələr üçün açıq olmalıdır. Mobillik sahəsində Tərəfdaşlıqlar mobilliyin artması və miqrasiya idarəçiliyinin yaxşılaşması üçün çox mühüm alətlərdir, biz xüsusilə tələbələrin, professor-müəllim heyətinin və tədqiqatçıların qanuni miqrasiyasını və Aİ çərçivəsində mobilliyini dəstəkləməyə çağırırıq. Insanlar arasında əlaqələrin dəstəklənməsi həm də ilk addım olaraq viza rejiminin yüngülləşdirilməsi və readmissiya sazişlərindən başlayaraq viza sahəsində əməkdaşlıqla nəticələnir. Yaxşı idarə olunan və təhlükəsiz mobilliyin şərtlərinə əməl edilərsə, vizadan azad rejimlərin qurulması üçün Aİ ayrı-ayrı tərəfdaş ölkələrlə tədrici addımlar atacaqdır.

Üçündüsü, bizim əlaqələr dörd əsas prinsip üzərində qurulmalıdır: fərqləndirmə, şərtlərlə əsaslandırma, siyasi ardıcıllıq və regional əməkdaşlıq. Bununla hər ölkəyə dair "çoxa çox" metodundan hər tərəfdaş ölkənin əldə etdiyi tərəqqi əsasında istifadə ediləcəkdir.

Xüsusilə də, Şərq Tərəfdaşları arasında regional əməkdaşlığın təşviq edilməsi trans-sərhəd çağırışların müvəffəqiyyətlə ünvanlanması baxımından vacibdir. Komissiya xüsusilə də xalqlar arasında əlaqələrin artırılması baxımından vətəndaş cəmiyyətinin daha güclü iştirakını təşviq etmək istərdi.

Ümid edirik ki, 29-30 sentyabr tarixlərində Varşavada Şərq Tərəfdaşlığı Sammitində bu ideyalar nəzərə alınacaq, hər birimizin mənfəəti üçün Ədliyyə və Daxili İşlər sahəsində Aİ və Şərq Tərəfdaşları arasında əməkdaşlıq üçün yeni stimul verəcəkdir. Mobilliyi artırmalıyıqsa, eyni zamanda sərhədlərə hörmət etməyən çağırışları və təhlükələri ünvanlamalıyıqsa, o zaman Şərq Tərəfdaşlığı çərçivəsində etimada və hörmətə əsaslanan əməkdaşlığın davamlı olması mühümdür.

XS
SM
MD
LG