Accessibility links

ABŞ Çin casusunu ittiham edir


Amerika Birləşmiş Ştatlarının ölkənin ən iri aviasiya və aerokosmik şirkətlərindən ticarət sirlərini oğurlamağa cəhddə Çin casusunu ittiham edir.

Ədliyyə Nazirliyinin bəyanatında aprel ayında Belçikada həbs olunaraq ABŞ-a ekstradisiya olunmuş Çin kəşfiyyat zabiti Yanjun Şunun çərşənbə günü məhkəməsinin olduğu bildirilib.

Ohayo ştatının vəkili Şu və digər məmurların sirlərin oğurlanması planlarını necə həyata keçirdiklərini izah edib.

“Yanjun Şu və Milli Təhlükəsizlik zabitləri kimliklərini və peşələrini gizlətməklə bu işə gediblər. Onlar ABŞ və Avropanın aviasiya şirkətlərinin ticarət sirlərini onlara ötürə biləcək şəxsləri işə götürməyə çalışıblar."

Ekspertlər deyir ki, Çin casusunun ABŞ-a məhkəmə qarşısında çıxması üçün gətirilməsi ilk hadisədir.

XS
SM
MD
LG